Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir!
Müəllimlərin işə qəbulu ilə bağlı əsas tələblər aşağıdakılardır:
- İxtisas fənn müəllimi kimi çalışmaq istəyən şəxslər - orta ixtisas və ya ali təhsilli və ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 1 il əmək stajı tələb olunur.
- İstehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər- peşə, orta ixtisas və ya ali təhsilli və ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 5 il əmək stajı tələb olunur.
Qeydiyyat tarixi: 18 iyul- 1 avqust 2025
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindəndə müraciət edə bilərlər.
Qeydiyyat linki: https://portal.edu.az/
Ətraflı: https://vet.edu.gov.az/news/content/1236/inner