Vəzifə və Öhdəlikləri:
- İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi;
- İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili;
- Təhlükələrin müəyyən edilməsi və düzəldici tədbirlərin görülməsi üçün SƏTƏM auditlərinə, risk qiymətləndirmələrinə və insident araşdırmalarında iştirak edilməsi;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması;
- Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi;
- Tibbi vasitələrin istifadəsi üzrə hesabatların hazırlanması;
- İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi;
- İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
- İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi.
Tələblər:
- Təcrübə: minimum 3 il (müvafiq sahə üzrə);
- Dil bilikləri:Azərbaycan dili. Xarici dil biliyi arzuolunandır.
- Komputer bilikləri (Microsoft office)
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti.
İş Şəraiti:
- Ünvan: İş ünvanı Sumqayıt yaxınlığı
- Əmək haqqı: 800-1000 azn (bilik və təcrübəyə əsasən təyin olunacaq)
- İş qrafiki: tam iş həftəsi (5 gün)
- Nahar şirkət tərəfindən verilir
Müraciət forması:
- Qeyd olunan tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “SƏTƏM üzrə mütəxəssis” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.