Aparıcı Mebel Konstruktoru

  • Истекает 12 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Pjoenix&A komandası mebel istehsalı sahəsində təcrübəli və məsuliyyətli Mebel Konstruktoru axtarır.

Bu vəzifədə əsas məqsəd layihələrin texniki işlənməsi, istehsal prosesinin düzgün idarə olunması və hazırlanmış məhsulların təsdiqlənmiş ölçü və texniki həllərə uyğunluğunun təmin edilməsidir.

Vəzifə öhdəlikləri

  • Layihələrin istehsal üçün texniki işlənməsi və detallandırılması; 
  • Texniki çertyojların, istehsal sənədlərinin və kəsim siyahılarının hazırlanması; 
  • Obyektlərdə ölçülərin götürülməsi və texniki məlumatların toplanması; 
  • Layihələrin istehsala düzgün ötürülməsinin təmin edilməsi; 
  • İstehsal prosesində texniki məsələlərin həllində iştirak etmək; 
  • Hazırlanmış məhsulların ölçü, konstruksiya və texniki detallara uyğunluğunu yoxlamaq; 
  • İstehsaldan çıxan məhsulların layihəyə uyğun yığılıb-yığılmamasına nəzarət etmək; 
  • Montaj mərhələsində yaranan texniki problemlərin həllində iştirak etmək; 
  • İstehsal, montaj və layihə komandaları arasında koordinasiyanı təmin etmək; 
  • Keyfiyyət standartlarına riayət olunmasına nəzarət etmək. 

Tələblər

  • Mebel istehsalı sahəsində minimum 3 il iş təcrübəsi; 
  • AutoCAD proqramını yaxşı səviyyədə bilmək; 
  • Mebel konstruksiyaları, materiallar və aksesuar sistemləri üzrə biliklər; 
  • Texniki çertyojların hazırlanması və oxunması bacarığı; 
  • Ölçü götürmə və obyektlərlə işləmə təcrübəsi; 
  • İstehsal və montaj proseslərini yaxşı başa düşmək; 
  • Detallara diqqətli və məsuliyyətli olmaq; 
  • Komandada işləmək bacarığı. 

Üstünlüklər

  • Blum, Hettich, Hafele və digər premium aksesuar sistemləri ilə işləmə təcrübəsi; 
  • Fərdi və premium mebel layihələrində iştirak təcrübəsi. 

Təklif edirik

  • Peşəkar və inkişaf yönümlü iş mühiti; 
  • Maraqlı və qeyri-standart layihələrdə iştirak imkanı; 
  • Sabit əmək haqqı; 
  • Karyera və peşəkar inkişaf perspektivi. 

İş şəraiti

  • İş qrafiki: Bazar ertəsi – Şənbə
  • İş yeri: İstehsalat Sahəsi
  • Əmək haqqı 2500 azn

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily18
  • Weekly706
  • Monthly1430