Namizədə aid tələblər:
- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat);
- Müvafiq vəzifədə (istehsal) 3 ildən az olmayaraq iş təcrübəsi;
- Azərbaycan Respublikası Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə biliklər;
- Microsoft Office proqramları üzrə biliklər;
- 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
- E-taxes.gov.az, əmas.gov.az və digər portallardan istifadə etmək bacarığı;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
- Məsuliyyətli, dəqiq və peşəkar;
- PMS üzrə sertifikat;
Əsas vəzifə və öhdəliklər:
- Mühasibat məlumatlarını 1C bazasına vaxtı vaxtında işlənilməsi,
- İstehsal prosesinin mühasibat uçotunda düzgün əks olunmasi, maya dəyərinin kalkulyasiyasının təşkili və nəzarəti,
- Cəmiyyət üzrə debitorların və kreditorlarların, əsas vəsaitlərinin, qeyri-maddi aktivlərinin uçotunun aparılması;
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirilməsi - Bank və kassa sənədlərini tərtib edib uçotda əks olunmasi;
- Aylıq əmək haqqını hesablanması;
- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, İşçilərin əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də DSMFa vəsaitin köçürülməsini həyata keçirilməsi;
- Vergilər Nazirliyinə və DSMF-na təqdim edilən bəyannamələr və hesabatların, həmcinin daxili maliyyə hesabatlarının hazırlanması;
- Mühasibat sənədlərinin saxlanılmasına nəzarət,
- Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi;
- Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi;
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Sınaq müddəti 1 ay;
- Rəqabətə davamlı Əmək haqqı
- 6 günlük iş rejimi.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.