Phoenix Group Phoenix Group

Phoenix Group

Showroom Satış Məsləhətçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Showroom Satış Məsləhətçisi

  • Deadline 3 July 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Ağ Şəhər, N.Rəfiyev 25
  • İş qrafiki: Bazar ertəsi – Şənbə, 09:00 – 18:00
  • Əmək haqqı: Müsahibə əsasında (sabit əmək haqqı + bonus)

Premium mebel və interyer həlləri sahəsində fəaliyyət göstərən, öz istehsal bazasına malik şirkətimiz komandaya Showroom Satış Məsləhətçisi dəvət edir.

Vəzifənin əsas məqsədi showrooma müraciət edən müştərilərin ehtiyaclarını müəyyən etmək, məhsul və materiallar haqqında peşəkar təqdimat aparmaq, satış prosesinin idarə olunmasında iştirak etmək və müştəri məmnuniyyətini təmin etməkdir.

Vəzifə öhdəlikləri

  • Showrooma müraciət edən müştərilərin qarşılanması və peşəkar şəkildə istiqamətləndirilməsi
  • Məhsullar, materiallar və xidmətlər haqqında təqdimatların aparılması
  • Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun həllərin təklif edilməsi
  • Kommersiya təkliflərinin hazırlanmasında iştirak
  • Müştəri bazasının idarə olunması və əlaqələrin davam etdirilməsi
  • Satış prosesinin və sifarişlərin izlənilməsi
  • Memarlar, dizaynerlər və korporativ müştərilərlə ünsiyyətin qurulması
  • Showroomun təqdimat standartlarının qorunması

Tələblər

  • Satış sahəsində minimum 2 il iş təcrübəsi
  • Azərbaycan dili sərbəst, rus dili yaxşı səviyyədə
  • İngilis dili biliyi üstünlükdür
  • Güclü ünsiyyət və təqdimat bacarıqları
  • Səliqəli xarici görünüş və işgüzar davranış
  • Məsuliyyətli, intizamlı və nəticəyönümlü yanaşma
  • MS Office proqramlarında işləmək bacarığı

Üstünlük veriləcək

  • Mebel, interyer, tikinti materialları və ya premium məhsul satışı sahəsində təcrübə
  • Memarlar və dizaynerlərlə iş təcrübəsi
  • Premium seqment müştərilərlə işləmək bacarığı

Təklif edirik

  • Rəqabətli əmək haqqı və bonus sistemi
  • Peşəkar inkişaf və təlim imkanları
  • Premium layihələrdə iştirak imkanı
  • Müasir və peşəkar iş mühiti
  • Azərbaycanın aparıcı fərdi mebel istehsalçılarından birində karyera qurmaq imkanı

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Showroom Satış Məsləhətçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily19
  • Weekly477
  • Monthly477