Pickvisa.az Pickvisa.az
  • 674

Pickvisa.az

Turizm

Tur Meneceri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tur Meneceri

  • Истекает 14 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Səyahət Həvəskarları, Diqqət!

Əgər xəritələrə baxanda həyəcanlanır, tur paketlərini incələyəndə özünü müştəri kimi hiss edirsənsə və insanlara unudulmaz səyahət təcrübələri yaşatmağı sevirsənsə – biz səni axtarırıq!

Pickvisa komandası sənin kimi enerjili, satış bacarığı yüksək və turizmdə ustalaşmaq istəyən Tur Meneceri axtarır.

Səni nə gözləyir?

  • Həftə içi 09:00 - 18:00 iş qrafiki (həftəsonu sənin istirahətindir)
  • Müştərilərə viza, bilet, otel və tur paketləri təqdim etmək – hər birini özün üçün sifariş verirmiş kimi
  • Müştərilərlə sıx əlaqə quraraq, onların arzularını gerçəyə çevirmək
  • Yüksək satış hədəflərinə çataraq həm qazancını, həm də təcrübəni artırmaq
  • Satış proseslərini izləmək, analiz etmək və rəhbərliyə hesabat təqdim etmək

Səndən nə gözləyirik?

  • Amadeus proqramında bilet yazmağı bacarırsan? Sən bizə lazımsan!
  • Gecə-gündüz fərqi olmadan təcili bilet sorğularını operativ həll edə biləcək qədər çevik olmalısan
  • Bilet, otel və tur satışı sahəsində təcrübən varsa, mütləq müraciət et
  • Viza prosedurlarına dair biliklərin varsa, bu sənin üçün üstünlükdür
  • Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığın olmalıdır, İngilis dili isə əlavə avantajdır
  • Nəticəyə fokuslanan, məsuliyyətli və operativ iş yanaşması

Bəs qarşılığında nə əldə edəcəksən?

  • Əmək haqqı: 1000-1500 AZN (əmək haqqı + satışdan bonuslar)
  • Nə qədər yaxşı nəticə göstərsən, qazancın da bir o qədər artacaq
  • Dəstək olan, mehriban və dinamik bir komanda

Əgər sən də səyahət dünyasında iz qoymaq və müştərilərə unudulmaz təcrübələr yaşatmaq istəyirsənsə, fürsəti qaçırma!

Müraciət üçün: CV-ni "Tur Meneceri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.

  • Daily13
  • Weekly225
  • Monthly1385