Pilgrim Education Pilgrim Education
  • 209

Pilgrim Education

Təhsil

Telesatış üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Telesatış üzrə Mütəxəssis

  • Deadline 27 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Pilgrim Education – beynəlxalq təhsil sahəsində fəaliyyət göstərən aparıcı şirkət – potensial müştərilərlə telefon üzərindən effektiv satış ünsiyyəti qura biləcək, nəticəyönümlü Telesatış üzrə Mütəxəssis axtarır.

Bu vəzifə müraciət etmiş tələbələrlə əlaqə saxlamaq, onları şirkətin xidmətləri barədə məlumatlandırmaq və konsultasiyaya yönləndirməklə satış prosesini dəstəkləmək məqsədi daşıyır.

Əsas vəzifələr:

  • Daxil olan müraciətlər (lead-lər) üzrə potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlamaq.
  • Xaricdə təhsil xidmətləri, proqramlar və digər məhasullar haqqında ilkin məlumat vermək.
  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun xidmətlərə yönləndirmək.
  • Satış skriptlərinə uyğun şəkildə peşəkar və inandırıcı ünsiyyət qurmaq.
  • Müştəri məlumatlarının CRM sisteminə düzgün və vaxtında daxil edilməsi.
  • Zəng nəticələrinin gündəlik və aylıq hesabatlarının hazırlanması.
  • Satış planı və hədəflərinə (KPI) uyğun fəaliyyət göstərmək.

Namizədə tələblər:

  • Ali təhsil (bakalavr dərəcəsi minimum);
  • Təhsil, müştəri xidməti və ya satış sahəsində minimum 1 il iş təcrübəsi (xaricdə təhsil sahəsində təcrübə üstünlükdür);
  • Yüksək ünsiyyət və təqdimat bacarığı;
  • Azərbaycan və İngilis dillərini sərbəst bilmək (Rus dili əlavə üstünlükdür);
  • Dinləmə və empatiya bacarıqları – müştəri ehtiyaclarını düzgün anlamaq qabiliyyəti;
  • Sürətli öyrənmək, detallara diqqətli olmaq və təşəbbüskar davranmaq;
  • Google Workspace, Microsoft Office və CRM sistemləri ilə işləmək bacarığı;
  • Komanda ilə işləmək və sərt son tarixlərdə fəaliyyət göstərmək bacarığı.

Pilgrim Education sizə təklif edir:

  • Sabit əmək haqqı + satışa əsaslanan bonus sistemi.
  • Rahat və müasir ofis mühiti.
  • Satış və beynəlxalq təhsil sahəsində inkişaf imkanı.
  • Dəstəkləyici və peşəkar komanda.
  • Karyera yüksəlişi perspektivi.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində qeyd edin: “Telesatış üzrə mütəxəssis”.

  • Daily1
  • Weekly357
  • Monthly2037