PITS Technology Solutions LLC komandamıza B2B müştərilərlə işləyəcək, satış strategiyalarının qurulmasında aktiv rol alacaq Korporativ Satış üzrə Menecer axtarır.
İş şəraiti:
- Yer: Bakı
- İş qrafiki: Tam ştat, ofisdaxili
Vəzifə öhdəlikləri:
- Korporativ (B2B) müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə uzunmüddətli biznes əlaqələrinin qurulması, idarə olunması
- Müştərilərlə görüşlərin təyin edilməsi, satış görüşləri və təqdimatların keçirilməsi
- Müştəri ehtiyaclarına uyğun məhsul və xidmət həllərinin təklif edilməsi
- Satış planlarının icrası və hədəflərə çatmaq
- Qiymət təkliflərinin hazırlanması və müqavilə prosesinin koordinasiyası
- Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq, Satış sonrası əlaqələrin qorunması və müştəri məmnuniyyətinin təmin edilməsi
- Zənglər və görüşlər haqqında məlumatların CRM sisteminə daxil edilməsi
- Bazarın və rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
- Potensial müştərilərin cəlb edilməsi və müştəri bazasının formalaşdırılması
- Müştəri şikayətlərinin operativ və effektiv həll edilməsi
- Tenderlərdə iştirak üçün zəruri sənədlərin hazırlanması
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Namizədə olan tələblər:
- Ali təhsil
- Korporativ/B2B satış sahəsində minimum 1 il iş təcrübəsi
- Güclü ünsiyyət, Təqdimat və Səlis nitq qabiliyyəti
- Analitik düşünmə və satış strategiyası qurma,bazar analizi bacarığı
- Müştəri psixologiyasını anlama və Analitik düşünmə bacarığı
- Səlis Azərbaycan dili (İngilis dili – orta səviyyə, əlavə dillər üstünlükdür)
- MS Office (Word, Excel, Outlook) və CRM sistemləri ilə yaxşı səviyyədə işləmə bacarığı
- Operativlik, dəqiqlik və vaxtın düzgün idarə olunması
- Pozitiv, enerjili və nəticəyönümlü olmaq
- IT sahəsi üzrə biliklərin olması üstünlükdür
- Xanım namizədlərə üstünlük verilir
Biz nə təklif edirik:
- Rəqabətli əməkhaqqı + motivasiyaedici bonus sistemi
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi işə qəbul
- Karyera inkişafı, davamlı təlimlər və peşəkar mühit
- Dinamik və nəticəyönümlü komanda
- B2B görüşlərlə bağlı nəqliyyat və danışıq xərclərinin qarşılanması
Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Corporate Sale” qeydi etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Mövzu hissəsi boş olan CV-lərə baxılmayacaq.