Briqada üzvü (Mətbəx üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Briqada üzvü (Mətbəx üzrə)

  • Deadline 26 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Azərbaycanda pizzaya olan baxışı dəyişən, keyfiyyət və yenilikçilik prinsiplərini ön planda tutan "Pizza Mizza" MMC öz komandasına Mətbəx üzrə Briqada üzvü axtarır! Əgər operativsinizsə, mətbəx işinə həvəsiniz varsa və gənc, dinamik komandada karyera qurmaq istəyirsinizsə, bizə qoşulun.

Vəzifə öhdəlikləri:

Mətbəx əməliyyatları və məhsulların hazırlanması:

  • Pizzaların və menyudakı digər təamların standartlara tam uyğun, keyfiyyətli və vaxtında hazırlanması
  • Sifarişlərin dəqiq və düzgün reseptura əsasında icra edilməsi
  • Növbə başlayarkən və bitərkən mətbəx stansiyasını işə hazırlamaq və təhvil vermək
  • Xammal və ərzaqların saxlanma qaydalarına və istifadə müddətlərinə (FIFO prinsipinə) əməl olunması

Gigiyena, keyfiyyət və təhlükəsizlik:

  • Mətbəxdə, iş masalarında və avadanlıqlarda təmizlik və sanitariya qaydalarına riayət edilməsi
  • Şəxsi gigiyena, xüsusi uniforma və Qida Təhlükəsizliyi (HACCP / ISO) standartlarına şərtsiz əməl olunması
  • Tullantıların və xammal itkisinin minimuma endirilməsi, resurslardan qənaətlə istifadə edilməsi
  • Restoranın mətbəx avadanlıqlarına və alətlərinə ehtiyatla yanaşılması

Komanda işi və əməkdaşlıq:

  • Növbə Meneceri və digər komanda üzvləri ilə koordinasiyalı işləyərək sifarişlərin sürətli təhvil verilməsini təmin etmək
  • Yaranan texniki və ya əməliyyat çətinlikləri haqqında dərhal rəhbərliyə məlumat vermək

Tələblər:

  • Təhsil: Orta və ya ali
  • Yaş həddi: 18 – 35
  • Mətbəx sahəsində işləmək həvəsi (təcrübə arzuolunandır, təlimlər keçirilir)
  • Məsuliyyətli, operativ, diqqətli və səliqəli işləmə bacarığı
  • Komandada işləmək qabiliyyəti və çevik öyrənmə həvəsi
  • Karyera yüksəlişinə maraq və inkişaf istəyi

İş şəraiti və üstünlüklər:

  • Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinə uyğun
  • İş qrafiki: 6 günlük (növbəli)
  • Əməkhaqqı: 500 AZN (net) + əlavə iş saatlarına görə ödəniş
  • Qidalanma: Şirkət tərəfindən nahar təmin edilir
  • Karyera imkanları: Pulsuz peşəkar təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı

Tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində "Briqada üzvü - Mətbəx" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: (050) 291-77-35 

  • Daily0
  • Weekly427
  • Monthly2183