Briqada üzvü (Zal və Xidmət üzrə)

  • Истекает 26 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Azərbaycanda pizzaya olan baxışı dəyişən, keyfiyyət və yenilikçilik prinsiplərini ön planda tutan "Pizza Mizza" MMC öz komandasına Zal üzrə Briqada üzvü axtarır! Əgər qonaqpərvərsinizsə, insanlarla ünsiyyəti sevirsinizsə və gənc, dinamik komandada karyera qurmaq istəyirsinizsə, bizə qoşulun.

Vəzifə öhdəlikləri

Zal stansiyası və xidmət:

  • Qonaqları səmimi qarşılamaq, menyunu təqdim etmək və sifarişləri dəqiq qəbul etmək
  • Sifarişlərin vaxtında və təqdimat standartlarına uyğun çatdırılmasını təmin etmək
  • Masaların, oturacaqların, zalın ümumi təmizliyinə və masaüstü aksessuarların (duz, istiot, salfet və s.) doluluğuna nəzarət etmək
  • Masaların dərhal təmizlənməsini (boş qabların və tullantıların yığılmasını) təmin etmək
  • Növbə başlayarkən və bitərkən zal stansiyasını işə hazırlamaq və təhvil vermək

Müştəri məmnuniyyəti:

  • Qonaqlara diqqətli və təbəssümlə xidmət göstərərək müsbət atmosfer yaratmaq
  • Qida allergiyası və ya xüsusi pəhriz tələbi olan müştərilərə menyu seçimində düzgün məsləhətlər vermək
  • Müştəri şikayətlərini təmkinlə dinləmək və həlli üçün dərhal Növbə Menecerinə məlumat vermək
  • Qonaqların rəy və təkliflərini qeydə alaraq rəhbərliyə çatdırmaq

Satış və əməliyyatlar:

  • Yeni məhsulları, promo-aksiyaları və xüsusi təklifləri qonaqlara fəal təqdim etmək
  • Əlavə satış texnikalarından (Upselling / Cross-selling) istifadə edərək orta çeki artırmaq
  • Sifarişləri Kassa / POS sisteminə dərhal və səhvsiz daxil etmək
  • Hesabı vaxtında təqdim etmək və ödənişləri (nağd / nağdsız) tam və dəqiq həyata keçirmək

Məsuliyyət, gigiyena və təhlükəsizlik:

  • Restoranın avadanlıqlarına, qab-qacağa və əsas vəsaitlərinə ehtiyatla yanaşmaq
  • Şəxsi gigiyena, uniforma və Qida Təhlükəsizliyi standartlarına şərtsiz əməl etmək
  • Xammal və resursların qənaətcil istifadəsinə töhfə vermək

Tələblər

  • Təhsil: Orta və ya ali
  • Yaş həddi: 18 – 35
  • Gülərüz, səliqəli, məsuliyyətli və operativ işləmə bacarığı
  • Komandada işləmək həvəsi və çevik öyrənmə qabiliyyəti
  • Karyera yüksəlişinə maraq və inkişaf istəyi

İş şəraiti və üstünlüklər

  • Rəsmiləşdirmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun
  • İş qrafiki: 6 günlük (növbəli)
  • Əməkhaqqı: 500 AZN (net) + əlavə iş saatlarına görə ödəniş
  • Qidalanma: Şirkət tərəfindən nahar təmin edilir
  • Karyera imkanları: Pulsuz təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı

Tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində "Briqada üzvü - Zal" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: (050) 291-77-35 

  • Daily0
  • Weekly427
  • Monthly2183