“Pizza Mizza” MMC-yə Restoran Direktoru tələb olunur.
Tələblər:
- Müvafiq sahədə 3-5- il təcrübə (fastfood restoranında olması arzuolunandır)
 - Dil bilikləri: mütləq səlis azərbaycan dili, ingilis ve ya rus dili arzuolunandır
 - Yaş 25-40
 - Komandada işləmək bacarığı
 - IIKO, Smartorder, Google Sheets / MS Excel ilə işləmək bacarığı
 - Müştərilərlə işləmə( Müştəri yönümlülük bacarığı)
 - Punktual, məsuliyyətli, stressə davamalı, detallara diqqətli, səlis nitqli
 - İdarəetmə və problem həll etmə bacarığı olmalı
 - Güclü liderlik və idarəetmə bacarıqları.
 - Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlar.
 - Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
 - Maliyyə və büdcə ilə işləməyin təcrübəsi
 - Qida təhlükəsizliyi və gigiyena standartları üzrə dərin biliklər və ya sertifikat.
 - Restoran mühiti, uzun saatlar və çevik iş saatları tələb oluna bilər.
 - Fərqli növbələrdə işləmək bacarığı.
 - Şəbəkə daxilində müxtəlif filiallarda işləmək üçün hazırlıqlı olmaq.
 
Vəzifələr:
- Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək.
 - Restoranın performansını izləmək və təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək
 - Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsinə nəzarət etmək.
 - Restoranda sənədləşmə işlərinin aparılması, hesabat sənədlərinin tərtibi və göndərilməsini təmin etmək.
 - Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək.
 - Restoran heyətini idarə etmək, təlimlər keçirmək və işçilərin inkişafını təmin etmək
 - İşçi heyəti üçün vaxtlı vaxtında qiymətləndirmənin təşkil olunması təmin etmək.
 - Məhsulları müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək.
 - Restoranın müvafiq iş rejimi əsasında vaxtlı vaxtında açılmasını və bağlanmasını təmin etmək.
 - Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək.
 - Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarəti həyata keçirmək.
 - Müştəri rəylərini izləmək və həll etmək
 - Restoranın satış planının icrasını təmin etmək.
 - Xərcləri idarə etmək.
 - Restoranda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək
 - SOP və daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək
 - Lazım gəldikdə, müxtəlif vəzifələrdə komanda üzvlərinə kömək etmək
 - Restoranin təmizliyinə və səliqəli saxlanılmasına cavabdeh olmaq
 - Filialın texniki və təmirat ehtiyaclarını idarə etmək.
 - Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsini təmin etmək.
 - Müştəri məmnuniyyəti üçün çalışmaq.
 
İş şəraiti:
- Gənc və dinamik komandada işləmək imkanı
 - Karyera inkişafı
 - Sürətlə inkişaf edən şirkətin komanda üzvü olmaq imkanı
 - 6 günlük iş rejimi.
 - Nahar şirkət tərəfindən təqdim edilir.
 - Əmək haqqı 1400-1800 Azn + KPI əsaslı bonus
 
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.