Xəzinədar-mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Xəzinədar-mühasib

  • Deadline 6 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş saatı: 10:00–19:00
  • Tabeçilik: Maliyyə meneceri

Hazırda komandamıza restoranlar üzrə gündəlik nağd pul əməliyyatlarını düzgün, dəqiq və məsuliyyətli şəkildə idarə edəcək Xəzinədar-Mühasib axtarırıq.

Bu vəzifənin əsas məqsədi şirkətə daxil olan nağd pul vəsaitlərinin qəbulunu, yoxlanılmasını, uçotunu, sənədləşdirilməsini və təhvil-təslim proseslərini daxili qaydalara uyğun şəkildə təmin etməkdir.

Əsas vəzifə öhdəlikləri

  • Restoranlar üzrə gündəlik nağd pul vəsaitlərinin qəbul edilməsi;
  • Gündəlik hasilatın Z hesabatları, kassa sənədləri və digər müvafiq məlumatlarla tutuşdurulması;
  • Nağd pul vəsaitlərinin mədaxil və məxaric əməliyyatlarının daxili qaydalara uyğun aparılması;
  • Xəzinə əməliyyatları üzrə mədaxil və məxaric sənədlərinin düzgün tərtib edilməsinə nəzarət edilməsi;
  • Nağd pul alan və ya təhvil verən şəxslərin imzalarının müvafiq sənədlərdə düzgün əks olunmasının təmin edilməsi;
  • Restoranlardan daxil olan nağd vəsaitlərin məbləğ, tarix və hesabat uyğunluğu baxımından yoxlanılması;
  • Gündəlik kassa qalığının izlənilməsi və təsdiq olunmuş xəzinə saxlanc limitinə uyğun idarə edilməsi;
  • Nağd pul vəsaitləri üzrə təhvil-təslim proseslərinin dəqiq və şəffaf aparılması;
  • Mühasibat uçotu üçün tələb olunan ilkin sənədlərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
  • Xəzinə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi üçün maliyyə komandası ilə koordinasiyalı işləmək;
  • Mədaxil, məxaric, kassa qalığı və gündəlik nağd dövriyyə üzrə məlumatların vaxtında hesabatlaşdırılması;
  • Restoranlar və şirkətin maliyyə şöbəsi arasında nağd pul və sənəd dövriyyəsi üzrə əlaqələndirmənin aparılması;
  • Aşkar edilən uyğunsuzluq, çatışmazlıq və ya artıq məbləğlər barədə birbaşa rəhbərə vaxtında məlumat verilməsi;
  • Şirkətin daxili əmək intizamı, maliyyə prosedurları, məxfilik və təhlükəsizlik qaydalarına əməl edilməsi;
  • Müəssisənin xidmət müqavilələri əsasında idarəetmə xidməti göstərdiyi digər hüquqi şəxslər üzrə də eyni funksiyaların icra edilməsi.

Namizəddən gözləntilər

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • Xəzinədar, kassir, mühasibi və ya oxşar maliyyə vəzifəsində iş təcrübəsi;
  • Nağd pul əməliyyatları, kassa sənədləri, mədaxil-məxaric prosesi və ilkin mühasibat sənədləri üzrə anlayış;
  • Restoran, retail, qida, xidmət və ya çoxfiliallı şirkətdə iş təcrübəsi üstünlükdür;
  • Z hesabatı, kassa dövriyyəsi və gündəlik hasilat yoxlamaları üzrə anlayış;
  • Excel və ofis proqramları ilə işləmə bacarığı;
  • 1C və ya digər mühasibat proqramları ilə işləmə təcrübəsi üstünlükdür;
  • Diqqətli, dəqiq və məsuliyyətli olmaq;
  • Rəqəmlərlə işləmə bacarığı və detallara yüksək diqqət;
  • Məxfi məlumatlarla düzgün davranmaq bacarığı;
  • Komanda ilə işləmək və aidiyyəti şöbələrlə düzgün kommunikasiya qurmaq bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
  • Əmək intizamı, daxili qaydalar və maddi məsuliyyət prinsiplərinə ciddi yanaşma.

Üstünlük veriləcək namizədlər

  • Restoranlar şəbəkəsi və ya çoxfiliallı biznesdə xəzinə/kassa əməliyyatları üzrə təcrübəsi olanlar;
  • Gündəlik hasilat, Z hesabatı və nağd pul təhvil-təslim prosesləri ilə işləmiş namizədlər;
  • 1C, Excel və kassa hesabatları ilə sərbəst işləyə bilənlər;
  • Maddi məsuliyyət tələb edən vəzifələrdə çalışmış namizədlər;
  • Dəqiqlik, operativlik və hesabatlılıq bacarığı yüksək olanlar.

Biz nə təklif edirik

  • Tanınmış beynəlxalq və yerli brendlərlə işləmək imkanı;
  • Çoxbrendli restoran qrupunda sabit iş mühiti;
  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar maliyyə komandası ilə işləmək imkanı;
  • Stabil iş qrafiki və aydın vəzifə bölgüsü;
  • Təcrübə və bacarıqlara uyğun əmək haqqı;
  • Peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanı.

CV-nizi “Xəzinədar-mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily133
  • Weekly133
  • Monthly533