Topdansatış əczaçılıq şirkətinin nəznində olan Almaniyanın Heel əczaçılıq şirkətinə Satış meneceri axtarılır.
İş yeri: Bakı şəhəri
Tələblər
- Ali təhsil (tibb sahəsi);
- Analoji sahədə minimum 3 il iş təcrübəsi (əczaçılıq sahəsi);
- Yüksək səviyyədə ingilis,rus və ya alman dil biliyi;
- Microsoft Office proqramları biliyi (Excel proqramında yüksək biliklər);
- Güclü komanda vasitəsilə idrəetmə bacarığı;
- Gərgin iş şəraitində işləmə bacarığı ;
- Müştəri yönümlülük, fərdi yanaşma bacarığı;
- Ünsiyyət və satış bacarığı;
- Analitik düşünmə, analiz etmə, diqqətlilik;
Məsuliyyətlər
- Satış və Marketinq tətqiqatı ilə əlaqədar işlərin planlaşdırılması, həmin istiqamətdə araşdırmaların təşkil və icra edilməsi;
- Almaniyanın Heel əczaçılıq şirkətinin dərman preparatlarının reklamı və marketinq işlərinin aparılması;
- Bölgə satış nümayəndələrinin işini tənzimləməsi və koordinasiya edilməsi;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Şirkətin reklam və tanıtım ehtiyaclarının təyin edilməsi;
- Satış prosesinin həyata keçirilməsi və müştəri əlaqələrinin idarə olunması;
- Müştəri bazasının genişləndirilməsi;
- Marketinq şöbəsinin işlərinə nəzarət;
- Nümayəndələrin aylıq satışı ilə bağlı hesabatların hazırlanması, yaranmış nöqsanlarla bağlı rəhbərliyin məlumatlandırılması və lazımi tədbirlərin görülməsi;
Şərtlər:
- İş qrafiki 5 günlük, saat 09:00 -dan 18:00-dək
- İstirahət: Şənbə və bazar günü;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Göstərilən tələblərə uyğun namizədlərdən mövzu hissəsində “Satış meneceri” qeyd edərək CV formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.