Təsvir
Büdcələşmə, Xərc Nəzarəti və Maliyyə Monitorinqi
- Bütün layihələr üzrə layihə büdcələrinin, pul axını proqnozlarının, Xərc Bölünmə Strukturlarının (CBS) və resurs histogramlarının hazırlanması və idarə olunması.
- Baza (baseline) büdcələrin formalaşdırılması, qorunması və layihə həcmi, satınalma strategiyası və icra planları ilə uyğunluğunun təmin edilməsi.
- Büdcə müqayisə cədvəllərinin hazırlanması, kənarlaşmaların təhlili və təsdiqlənmiş büdcələrlə müqayisəli hesabatların təqdim edilməsi.
- Öhdəliklərin, faktiki xərclərin və proqnozların monitorinqi, risklərin və mümkün artımların erkən mərhələdə müəyyən edilməsi.
- EAC (Estimate at Completion) və FAC (Forecast at Completion) hesabatlarının hazırlanması və idarə olunması.
Planlama, Qrafikləşdirmə və Zaman–Xərc İnteqrasiyası
- Baş layihə qrafiklərinin və detallı tikinti proqramlarının hazırlanması, nəzarəti və yenilənməsi.
- Zaman, xərc, irəliləyiş və pul axını məlumatları arasında tam inteqrasiyanın təmin edilməsi.
- Faktiki icranın baza qrafik və büdcələrlə müqayisəli təhlili.
- Gecikmələrin, sürətləndirmə (acceleration) və bərpa (recovery) ssenarilərinin xərcə təsirinin təhlili.
- Zəruri hallarda vaxt uzadılması (EOT), gecikmə təhlili və iddialarla bağlı planlama işlərinə dəstək.
Texniki Ofisin İdarə Edilməsi
- Texniki ofisin bütün funksiyalarına rəhbərlik:
- İrəliləyişin ölçülməsi metodologiyaları.
- Həcm və miqdarların izlənməsi, Earned Value Analysis.
- Metod bəyanatları və tikinti ardıcıllığının təhlili.
- Shop drawing, metod statement və texniki təqdimatların layihə qrafikinə uyğun koordinasiyası.
- Sahədə fiziki irəliləyişin monitorinqi və onun büdcə və qrafiklə əlaqələndirilməsi.
- Sahə komandaları ilə rəhbərlik arasında əsas texniki əlaqələndirici şəxs kimi çıxış etmək.
Daxili Planlama, Büdcə və İdarəetmə Nəzarəti
- Daxili layihə planlarının, qrafiklərin, büdcələrin və pul axını proqnozlarının təsdiqlənmiş bazalara uyğunluğunun yoxlanılması və təsdiqi.
- Tender strategiyaları ilə icra planları arasında ardıcıllığın təmin edilməsi.
Tender və Satınalma İdarəetməsi
- Layihələr üzrə tender və satınalma proseslərinin planlaşdırılması və koordinasiyası.
- Tender komitələrində aktiv iştirak və kommersiya, planlama və büdcə baxımından rəyin verilməsi.
- Tender paketlərinin, satınalma qrafiklərinin və təklif qiymətləndirmələrinin təsdiqlənmiş büdcə və risk strategiyalarına uyğunluğunun təmin edilməsi.
Müqavilə və Kommersiya Nəzarəti
- Podratçı və təchizatçı müqavilələri üzrə aşağıdakı proseslərə nəzarət:
- Aralıq və yekun ödəniş sertifikatları
- Yekun hesablaşmalar
- Variasiyalar, iddialar və əks-iddialar
- Müqavilələrin kommersiya və risk baxımından təhlili və uyğunlaşdırılması.
- Maliyyə və müqavilə komandaları ilə koordinasiyalı şəkildə ödənişlərin izlənməsi.
- Zərurət olduqda müştəri, podratçı, təchizatçı və məsləhətçilərlə danışıqlarda iştirak.
Podratçı və Təchizatçı Müqavilələrinin Hazırlanması
- Müqavilələrin hazırlanmasına rəhbərlik və ya dəstək.
- Müqavilələrin aşağıdakılara uyğunluğunun təmin edilməsi:
- Təsdiqlənmiş büdcə və satınalma strategiyası
- Layihə qrafiki və texniki tələblər
- Şirkətin risk və müqavilə standartları
- İmzalanmadan öncə yekun texniki və kommersiya təsdiqi.
Dəyər Mühəndisliyi və Optimallaşdırma
- Development, Dizayn, Tikinti, Satınalma və Maliyyə ilə birlikdə Value Engineering (VE) proseslərinə rəhbərlik.
- Alternativ dizayn, material, metod və ardıcıllıq variantlarının qiymətləndirilməsi.
- VE təkliflərinin xərc, zaman və risk təsirinin analiz edilməsi və rəhbərliyə təqdimatı.
Hesabatlıq, Risklər və Rəhbərliyə Dəstək
- Həftəlik, aylıq və icraçı səviyyəli hesabatların hazırlanması:
- Büdcə və xərc performansı
- Pul axını və proqnozlar
- Qrafik və irəliləyiş vəziyyəti
- Risklər və mitigasiya tədbirləri
- Yüksək riskli sahələrin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin təklifi.
- Tikinti üzrə Rəhbər üçün strateji məsləhətçi rolunun icrası.
Sistemlər, Alətlər və Proseslərin İnkişafı
- Primavera P6, MS Project, Procore, Oracle Aconex və oxşar sistemlərin effektiv istifadəsinə rəhbərlik.
- Standart şablon və prosedurların tətbiqinin təmin edilməsi.
- Büdcə, planlama və hesabat proseslərinin beynəlxalq təcrübəyə uyğun davamlı təkmilləşdirilməsi.
Tələblər
- İnşaat mühəndislik, Tikinti İdarəetməsi və s. ixtisaslar üzrə ali təhsil olmalı
- İri miqyaslı layihələrində ən azı 10 illik iş təcrübəsi olmalı
- Büdcə və Planlama, Project Controls və ya Texniki Ofis sahələr üzrə rəhbər vəzifədə ən azı 8 il iş təcrübəsi olmalı
- Yaşayış, hotel, kommersiya və qarışıq istifadə üçün nəzərdə tutulmuş layihələrində praktiki iş təcrübəsi olmalı
- Planlama, xərc nəzarəti, tender və müqavilə proseslərininin idarə edilməsi üzrə təcrübəyə sahib olmalı
- Büdcə və pul axınının idarəetməsi üzrə güclü analitik biliklər olmalı
- Primavera P6, MS Project və Excel üzrə praktiki istifadə bacarığı olmalı
- Azərbaycan dili mükəmməl, İngilis dili biliyi yaxşı səviyyədə olmalı
- Liderlik bacarığına sahib olmalıdır.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.