PMD Group PMD Group
  • 266

Tədarükçülərin idarəolunması üzrə assistent

Tədarükçülərin idarəolunması üzrə assistent

  • Deadline 16 Fevral 2025

Təsvir:

  • Fəaliyyət sahələri üzrə yerli və xarici bazarlarda tədarükçülərin axtarışını aparmaq;
  • Potensial tədarükçülərlə görüşləri təşkil etmək;
  • İxtisas uyğunluğu dəyərələndirməsindən keçirmək məqsədi ilə yeni tədarüküçülərə müvafiq sənədlərin göndərilməsi, həmin sənədlərin tədarükçülər tərəfindən doldurularaq elektron formada vaxtında geri göndərilməsini təmin etmək;
  • Əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında tədarükçülərin ilkin dəyərləndirilməsini aparmaq, tədarükçülər tərəfindən təqdim edilən referansların layihəyə uyğunluğunu təsdiqləmək məqsədilə müqavilə sənədləri ilə tanış olmaq;
  • Tədarükçülərin ilkin dəyrələndirilməsi barədə hesabatlar hazırlamaq və dəyərləndirmədən keçmiş şirkətləri tədarükçülərin məlumat bazasına daxil etmək;
  • Tədarükçülərin məlumat bazasının mütəmadi olaraq yenilənməsini təmin etmək, bazada tədarükçüləri ixtisaslaşmaya görə kateqoriyalara bölmək, mövcud tədarükçüləri vaxtaşırı ixtisas uyğunluğu dəyərləndirməsindən təkrar keçirmək, ixtisas uyğunluğundan keçməyən və yaxud bazarda fəaliyyətini dayandıran tədarükçülərin bazadan silinməsini həyata keçirmək;
  • Tədarükçülərdən əldə olunan ixtisas uyğunluğu sənədləri toplusunun saxlanılması təmin etmək;
  • Şirkətlə əməkdaşlığa cəlb edildikdən sonra tədarükçülərin bitirilmiş işlər/layihələrdə fəaliyyətinin dəyərləndirilməsini vaxtında həyata keçirmək üçün Şirkət tərəfindən tədarükçülərə həvalə olunan işlərin/layihələrin qeydiyyatını aparmaq, həmin dəyərləndirmənin nəticələrini tədarükçülərin məlumat bazasına müvafiq dəyişiklikləri nəzərə almaq;
  • Daxili bazarda mal-material üzrə qiymət tendensiyasını izləmək məqsədi ilə mütəmadi olaraq müvafiq araşdırmalar həyata keçirmək və bu araşdırmaların nəticələrinin qeydiyyatını aparmaq.
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işləri yerinə yetirmək.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə azı 2 il iş təcrübəsi (arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – səlis, Rus dili – səlis;
  • Kompüter bacarıqları: MS Office proqramları;
  • Komanda ilə işləmək bacarığı;
  • Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları.
  • Daily0
  • Weekly696
  • Monthly1519