Təsvir
Sifarişçi tərəfindən texniki nəzarətin tətbiq edilməsi:
- Söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir-bərpa layihələrində sahə baxışlarının təşkili, monitorinq hesabatlarının hazırlanması və təqdim edilməsi
- Baş podratçı/podratçı icrasının norma və qaydalara (AzDTN), müqavilə və Sifarişçi tələblərinə uyğunluğunun yoxlanılması
- Risk əsaslı monitorinq planlarının hazırlanması, nəticələrin sənədləşdirilməsi, prioritetləşdirilməsi və rəhbərliyə təqdim olunması
- Gecikmə, əlavə xərc və keyfiyyət risklərinin erkən müəyyən edilməsi, düzəliş və bərpa (recovery) planlarının tələb edilməsi
- Uyğunsuzluqlar üzrə düzəldici/önləyici tədbirlərin izlənməsi və bağlanma prosesinə nəzarət
- Kritik uyğunsuzluqlar zamanı işlərin dayandırılması və ya məhdudlaşdırılması barədə rəy/tələb irəli sürülməsi
Layihə sənədlərinin nəzərdən keçirilməsi:
- Konsept, eskiz, işçi layihə və dəyişikliklərin yalnız normativ uyğunluq baxımından deyil, həmçinin icra mümkünlüyünün (constructibility), texniki risklər, mərhələləşmə və resurs təminatı baxımından kompleks təhlil edilməsi.
- Layihə dəyişikliklərinin qrafik və büdcə təsirlərinin qiymətləndirilməsi
- Uzunmüddətli sifariş tələb edən material və avadanlıqların (long-lead items) icra planına və risk profilinə təsirinin qiymətləndirilməsi.
- Dəyər Mühəndisliyi (Value Engineering) və optimallaşdırma imkanlarının müəyyən edilməsi və icra perspektivindən əsaslandırılmış təkliflərin verilməsi.
Tikinti prosesinə nəzarət:
- Tikinti-quraşdırma işlərinin yalnız operativ nəzarəti deyil, icra performansının strukturlaşdırılmış şəkildə idarə olunması və Sifarişçi adından mərkəzləşdirilmiş icra nəzarət mexanizminin tətbiqi.
- Sahə səfərləri/monitorinqlər, Kritik iş mərhələləri (məsələn, beton tökülmə, MEP inteqrasiyası, fasad montajı və s.) öncəsi icra hazırlıq yoxlamalarının (pre-activity checks) təşkil edilməsi.
- Uyğunsuzluqların qeydə alınmasından sonra bağlanmasına qədər izlənilməsi
Müqavilə və maliyyə sənədlərinin texniki baxışı
- BOQ və ölçmələrin faktiki icra ilə uyğunluğunun yoxlanılması
- Ödəniş sertifikatlarının icra və müqavilə uyğunluğunun qiymətləndirilməsi
- Variations/əlavə işlər və claims üzrə texniki əsaslandırmanın təhlili, Sifarişçi mövqeyinin formalaşdırılmasına dəstək
Podratçı və subpodratçıların texniki qiymətləndirilməsi
- Texniki imkanların və icra qabiliyyətinin layihə miqyasına uyğunluğunun qiymətləndirilməsi
- Texniki uyğunsuzluqlar üzrə rəsmi bildirişlərin hazırlanması və bağlanmasına qədər izlənilməsi
- Aşağı performans hallarında düzəliş tədbirlərinin və zərurət olduqda heyət dəyişikliklərinin tələb edilməsi
Dövlət qurumları və üçüncü tərəflərlə koordinasiya
- Müvafiq dövlət qurumları, kommunal xidmətlər və ekspertiza orqanları ilə texniki məsələlər üzrə proseslərin mütəmadi izlənilməsi.
- İstismara qəbul prosesinin strukturlaşdırılmış şəkildə nəzarəti
- Tənzimləyici risklərin qrafikə təsirinin qiymətləndirilməsi, qabaqlayıcı tədbirlərin müəyyən edilməsi
Hesabatlılıq və idarəçilik dəstəyi
- Həftəlik və aylıq texniki hesabatların hazırlanması
- Tikinti icra sənədlərinin (aktlar, jurnallar, icra cizgiləri və.s) və texniki sənəd arxivləşməsinin yoxlanılması.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
- Daşınmaz əmlak və tikinti sahəsində normativ-hüquqi biliklər (AzDTN, Şəhərsalma və Tikinti Məcəlləsi) və beynəlxalq tikinti standartlarını araşdırma bacarığı.
- Layihə, Müqavilə və BOQ sənədlərinin birgə texniki təhlili bacarığı.
- AutoCAD, MS Office bilikləri (qabaqcıl Excel biliyi).
- Tikinti metodologiyası, mərhələləşmə və icra risklərinin idarə olunması üzrə güclü bilik.
- Müqavilə və texniki sənədlərlə işləmə bacarığı.
- Güclü ünsiyyət, analitik və hesabat hazırlama bacarığı.
- Texniki analiz və risk qiymətləndirmə bacarığı.
Təhsil və iş təcrübəsi:
- Mühəndislik və ya Tikinti İdarəetmə sahəsində Ali təhsil (İnşaat mühəndisliyi və s.) olmalı.
- Tikinti və daşınmaz əmlak inkişaf layihələrində minimum 10 il ümumi peşəkar təcrübə olmalı.
- Böyük miqyaslı və yüksək büdcəli layihələrdə icra idarəçiliyi təcrübəsi olmalı.
- Bir çox layihə funksiyalarında (planlaşdırma, xərclərə nəzarət, texniki ofis, tender, müqavilələr) təcrübəyə üstünlük verilir.
- Sifarişçi/İnvestor tərəfində iş təcrübəsinə üstünlük verilir.
- Çox layihəli komandalarda iş təcrübəsinə üstünlük verilir.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.