Təsvir
- Maliyyə dəyərləndirilməsinin aparılması və rəhbərliyə təqdim olunması;
- Baş Podratçı tərəfindən təqdim olunmuş layihə qiymətlərinin təhlili;
- Müqavilə dəyərlərinin təhlili zamanı dəyərləndirmə komandasına köməklik etmək;
- Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili;
- Layihənin tələblərinə uyğun olaraq, tender/sorğu sənədlərində qeyd edilən iş həcmlərinin yoxlanılması;
- Baş Podratçının təqdim etdiyi ehtimal olunan qiymətlərin yoxlanılması və təhlili;
- Layihənin tələblərinə uyğun olaraq, ilkin, aralıq və yekun ödəniş sənədlərinin, dəyişiklik proseduru sənədlərinin, irəliləyiş hesabatlarının birbaşa rəhbəri ilə bərabər yoxlanılması;
- Baş Podratçı tərəfindən hazırlanmış maliyyə nəzarəti hesabatlarının yoxlanılması;
- Hesab-fakturaların müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması.
- Layihələrin maliyyə axınlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası;
- Tender/sorğu öncəsi ehtimal dəyərlərin hazırlanması;
- Tender/sorğu zamanı maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması.
Tələblər
- Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
- Oxşar vəzifədə azı 10 il iş təcrübəsi. Mülki tikinti sahəsində iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili - orta;
- Kompüter bilikləri – MS Office proqramları, AutoCAD;
- Detallara qarşı diqqətcil olmaq;
- Komanda ilə işləmək bacarığı