Xərclər üzrə mühasib

  • Истекает 13 октябрь 2024

Vəzifələr:

  • Maliyyə Meneceri tərəfindən xüsusi sahə üçün müəyyən edilmiş vəzifələri Maliyyə Meneceri, Baş Mühasib və ya Böyük Mühasibin nəzarəti altında həyata keçirmək.
  • Təsərrüfat Şöbəsinin fəaliyyət sistemini və mehmanxanada bütün daxili nəzarət proseduralarını tam anlamaq.
  • Təchizat Şöbəsi üçün edilən bütün sifarişlərin Mehmanxananın siyasət və proseduralarına uyğun olmasını təmin etmək.
  • Hər anbarda fond səviyyəsinə nəzarət etmək və zəif hərəkət edən malların təhlilini aparmaq.
  • Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik şəkildə yoxlamaq.
  • Verilən mallar üçün proseduraya və qoyulan vaxta riayət edilməsinə əmin olmaq.
  • Verilən malların hesabatını gündəlik olaraq yoxlamaq və bütün sifarişlərin düzgün yerləşdirilməsini təyin etmək.
  • Təchizat Şöbəsindəki avadanlığın (məsələn, malların ölçülməsi üçün tərəzilər) lazımi vəziyyətdə olduğuna və onlardan düzgün istifadə edildiyinə əmin olmaq.
  • Şöbələrarası mal hərəkətini mühasibatlıq proqramına daxil etmək.
  • Baş aşpaz tərəfindən təqdim olunan reçeptlərin maya dəyərini hesablamaq.
  • Bufet istehlak miqdarını gündəlik olaraq baş aşpazdan tələb etmək və hesablamaq.
  • Əsas anbar, restoran və barlarda ani yoxlamalar həyata keçirmək, uyğunsuzluq olduğu halda Maliyyə Menecerinə məlumat vermək.
  • Malların son istifadə müddətinə ciddi nəzarət etmək.
  • Ən azı ayda bir dəfə bazar araşdırması etmək və Maliyyə Menecerinə təqdim etmək.
  • Həftəlik/aylıq əsasında Qida və İçki xərcləri üzrə hesabat hazırlamaq və Mehmanxananın İdarəetməsinə çatdırmaq.
  • Hər ay inventar hesablama həyata keçirmək və aşkar edilmiş bütün uyğunsuzluqları barədə Maliyyə Menecerinə məlumat vermək. 

Xüsusi öhdəliklər bəzən dəyişə bilən müəyyən fəaliyyət sahəsindən aslı olacaqdır

Təhsil:

  • Ali 

İş təcrübəsi:

  • 1-3 il Oteldə iş təcrübəsi əlavə üstünlükdür.

Bilik və Bacarıqlar:

Kompüter bilikləri:

  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;

 Dil bilikləri:                          

  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya ingilis dili – əlavə üstünlükdür;

Təminatlar,

  • Qalma və qidalanma( 3 dəfə) şirkət tərəfindən qarşılanır.
  • Mobil telefon
  • Sim nömrə
  • Bakı şəhəri istiqamətində (həftədə 4 dəfə) gediş gəliş

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Xərclər üzrə mühasib” yazaraq [email protected]  ünvanına göndərilməsi xahiş olunur.

  • Daily72
  • Weekly167
  • Monthly72