Təsvir
- Maliyyə hesabatlarının analizi;
- Maliyyə hesabatlarının hazırlanarkən Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə hazırlanmasına və uyğunluğuna nəzarət;
- Daxili və xarici audit yoxlamaları zamanı proseslərin kordinasiya edilməsində iştirak;
- İllik büdcənin hazırlanması;
- Aylıq əsasda büdcə fakt analizi;
- Aylıq əsasda pul vəsaitlərinin axını hesabatının analizi;
- Maliyyə periodu üzrə Aylıq/ İllik hesabatların hazırlanmasının koordinasiya edilməsi və icrasında yaxından iştirak;
- Həftəlik əsasda avans hesabatının yoxlanması;
- 1C ERP sisteminin təkmilləşdirilməsində iştirak;
- Siyasət, proses və prosedurların yazılmasında iştirak;
- Vergi üzrə əməliyyatların nəticəsində yaranmış aktivlərin və öhdəliklərin hesablanmasının və mühasibat uçotunda düzgün əks olunmasına nəzarət;
- Beynəlxalq mühasibat uçotu ilə vergi uçotu arasında transformasiyanın düzgünlüyünə nəzarət;
- Rəhbərliyə təqdim edilən aylıq, rüblük və illik hesabatların hazırlanmasında yaxından iştirak;
- Sənədləşmələrin və əməliyyatların şirkətin siyasətinə və qəbul edilmiş mühasibatlıq prinsiplərinə uyğun qaydada icrası;
- Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
- Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil: Maliyyə və Mühasibatlıq sahəsində ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə azı 3-4 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – orta;
- Kompüter bacarıqları: MS Office, 1C 8.3 mühasibatlıq sistemində işləmə qabiliyyəti;
- Peşəkar ünsiyyət bacarığı;
- Analitik düşüncə və problemin həll istiqamətində təşəbbüs irəli sürmək bacarığı;
- Maliyyə və Mühasibatlıq sahəsinə aid olan beynəlxalq sertifikatlara sahib olanalara üstünlük veriləcəkdir.