Təsvir
- Əmək müqavilələrinin bağlanması, müqavilələrə dəyişiklik, əmək müqaviləsinə xitam üzrə sənədləşmənin aparılması, 1C proqramında müvafiq əməliyyatların icra edilməsi ;
- Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi;
- İşçi məlumatlarının sistemə düzgün daxil edilməsi və mütəmadi yenilənməsi;
- Davamiyyət, məzuniyyət və ezamiyyət cədvəllərinin qurulması;
- Məzuniyyət cədvəlinin daimi nəzarətdə saxlanılması, işçilərin məzuniyyətlərini istifadə etmələrinin təmin edilməsi;
- İşə qəbul prosesinə dəstək verilməsi;
- Təlim və inkişaf prosesinə dəstək verilməsi;
- HR şöbəsinin gündəlik işlərinin icrasında iştirak edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, qaydaya salınması və dəyişikliklərin qeydiyyatının aparılması;
- İşçilərə aid sənədlərin (əmrlər, müqavilələr, razılaşmalar və s.) hazırlanması və təsdiq prosesinin tamamlanması;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin icra edilməsi.
Tələblər
- Ali təhsil: Müvafiq ixtisas (İR idarəedilməsi, Biznesin idarəedilməsi və s.) üzrə bakalavr dərəcəsi
- İş təcrübəsi: İnsan Resursları üzrə azı 2 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır
- Kompüter bacarıqları: MS Office – yaxşı, 1C -arzuolunandır
- ƏMAS-da işləmə bacarığı
- Azərbaycan Respublikası Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyi yaxşı səviyyədə bilmək
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.