Layihə müdiri

  • Истекает 21 март 2025

Təsvir

  • Tikinti layihələrini şirkətin daxili prosedur və qaydalarına, qüvvədə olan müvafiq qanunvericilik aktlarına və digər qanuni və ya tənzimləyici normalarına uyğun idarə etmək;
  • Layihənin razılaşdırılmış müddətə, ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə həyata keçirilməsini təmin etmək;
  • Layihə üzrə işlər həcmini (ilkin tələblər, müqavilələr, spesifikasiya, layihələndirmə sənədləri və s.) planlaşdırmaq, təsdiqləmək və icrasına nəzarət etmək;
  • Tikinti əməliyyatlarını planlaşdırmaq, o cümlədən layihənin iş qrafikinin hazırlanması, proqresin izlənilməsi və nəzarət edilməsinə rəhbərlik etmək;
  • Layihələrin icra statusu barədə mütəmadi olaraq hesabatları hazırlamaq və bütün maraqlı tərəfləri məlumatlandırmaq;
  • Layihə üzrə ehtimal büdcələrin, qiymət cədvəllərin tərtibatına rəhbərlik etmək və tikinti xərclərini layihənin bütün həyat dövrü idarə etmək;
  • Layihə üzrə maraqlı tərəfləri müəyyən etmək, idarəetmə və monitorinqi üzrə işləri təşkil etmək;
  • Layihə üzrə əlaqələndirmə işlərini həyata keçirmək, o cümlədən şirkətdaxili, layihə komandası, sifarişçi, son istifadəçi, podratçı şirkətlər və digər maraqlı tərəflərlə mütəmadi koordinasiya və kommunikasiya işlərini təşkil etmək;
  • Layihə üzrə resursları idarə etmək, o cümlədən işçi qüvvəsi, material, xidmət və avadanlıqların təmin edilməsini təşkil etmək;
  • Layihə üzrə maliyyə axınını planlaşdırmaq və layihənin icrası müddətində təhlil edilməsinə nəzarət etmək;
  • Layihənin bütün maraqlı tərəflərlə mərhələli şəkildə razılaşdırılmasını təmin etmək;
  • Layihənin şirkətin SƏTƏM və Keyfiyyətin idarəedilməsi ilə bağlı siyasət və qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;
  • Layihə üzrə satınalmaları idarə etmək, o cümlədən satınalma strategiyasını hazırlamaq, satınalmaları planlaşdırmaq, həyata keçirmək və nəzarət etmək;
  • Sifarişçi və podratçılar ilə müqavilə inzibatçılığı işlərinin icrasına nəzarət etmək;
  • Layihə üzrə risklərin müəyyən edilməsi, təhlil edilməsi, tədbirlər planının hazırlanması, icrası və monitorinqi işlərini həyata keçirmək;
  • Resursların (işçi, maliyyə, material və s.) layihələr arasında səmərəli bölgüsünü təşkil etmək;
  • Layihə üzrə idarəetmə sənədləşmə işlərinin təşkil edilməsi, o cümlədən Nizamnamə, İdarəetmə Planları, Dəyişiklik formaları və digər layihə sənədlərinin hazırlanması, təsdiqlənməsi və arxivləşdirilməsini təmin etmək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil :Mühəndislik ixtisası üzrə ali təhsil;
  • İş təcrübəsi : Tikinti layihələrin idarəedilməsi sahəsində azı 10 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı, Rus – arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office, Autocad;
  • Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;
  • PMP və ya digər oxşar sertifikatların olması arzuolunandır;
  • Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.
  • Daily29
  • Weekly641
  • Monthly1893