PMD Projects LLC PMD Projects LLC
  • 206

PMD Projects LLC

Tikinti , Bina tikintisi

Tender şöbəsinin müdiri

  • Deadline 27 Sentyabr 2026

Təsvir

  • Daxili və xarici bazarları araşdırmaqla şirkətin əsas fəaliyyətinə, siyasətinə, maraq və tələblərinə uyğun tenderlərin/sorğuların seçilməsi;
  • Yeni və mövcud inşaat layihələri haqqında məlumatların əldə edilməsi;
  • Şöbə daxilində mütəxəssislər tərəfindən hazırlanan layihələr, sifarişçilər, icraçılar haqqında hesabatların yoxlanılması və rəhbərliyə təqdim edilməsi;
  • Layihələrdə iştirakla bağlı məlumatı aid olduğu rəhbərə ötürərək rəhbərinin göstərişi yönündə hərəkət etməsi;
  • Tenderlə/sorğuyla bağlı digər şöbələrlə koordinasiya işlərinin təşkili;
  • Tender/sorğu sənədlərinin Azərbaycan Respublikası Qanunvericiliyinə və Satınalma üzrə qanunlarına, eləcə də beynəlxalq norma və standartlara uyğun toplanmasına, standartlaşmasna nəzarət;
  • Tender sənədlərinin, tələblərinin mütəxəssislərlə bərabər təhlili, koordinasiyası, nəzarətin həyata keçirilməsi;
  • Rəqabətli qiymətlərin İcraçılardan əldə edilməsi, təhlili, görüşlərin təşkili və idarə olunması;
  • Podratçılarla, Sifarişçilərlə işgüzar münasibətlərin qurulması, onların fəaliyyətinin və uyğunluğunun izlənməsi;
  • Tenderlərlə bağlı rəhbərliyə tövsiyyələrin verilməsi;
  • Tender/sorğu məlumatları bazasının yenilənməsinə nəzarət;
  • Tenderlərdə/sorğularda iştirakla bağlı niyyət məktublarının göndərilməsinə nəzarət;
  • Potensial və icrası nəzərdə tutulan layihələrlə bağlı Sifarişçilərə dəstək;
  • Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
  • Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil: Mühəndislik ixtisası üzrə ali təhsil
  • İş təcrübəsi: Mülki tikinti sahəsində, İnşaat Mühəndisliyi və smeta mühəndisliyi və ya oxşar vəzifədə azı 10 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır;
  • Kompüter bilikləri : MS Office, AutoCad.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily117
  • Weekly653
  • Monthly2406