Təsvir
- Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin (SƏTƏM) mühafizəsi qaydalarına riayət etmək;
- Ofisdə ümumi ərazilərin, kabinetlərin, iclas otaqlarının və mətbəxin təmizliyini təmin etmək;
- Müxtəlif avadanlıq və vasitələrdən istifadə etməklə təmizlik işlərini aparmaq, tozu almaq və döşəmələri silmək;
- Masaları, oturacaqları silmək və müvafiq təmizlik vasitələrindən istifadə etməklə ləkələri təmizləmək və dezinfeksiya etmək;
- Ofis mətbəxinin və avadanlığının müvafiq qaydada təmizlənməsi və onlara lazımi qulluğun təmin edilməsi; mətbəx çanaqları və iş dəzgahlarını dezinfeksiya etmək;
- Kağız qutularının təmizliyini təmin etmək;
- Tullantıları toplayaraq təyin olunmuş yerə aparmaq;
- Təmizlik və müvafiq işlərin icrası üçün lazım olan vasitə və avadanlıqların siyahısının hazırlanması;
- Mətbəxdə şirkət əməkdaşları və qonaqlar üçün çay və qəhvənin hazırlanması, istəyənlərə servis edilməsi;
- Digər oxşar tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Orta təhsil
- Ofis şəraitində xadimə kimi azı 2 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili – səlis
- Məsuliyyətli, dəqiq, səliqəli və intizamlı olmaq
- Komanda ilə işləmək və ünsiyyət bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.