Backend Developer Intern (Java / Spring Boot və ya NestJS)

  • Истекает 5 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

PMIS MMC olaraq, karyerasına peşəkar komandada start vermək və proqramlaşdırma sahəsində inkişaf etmək istəyən gənc istedadlar üçün təcrübə proqramı üzrə aşağıdakı vakansiyanı elan edirik!

İş formatı: Tam ştat (Təcrübə proqramı)

Ünvan: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç. 102A, City Point İş Mərkəzi (AZ1022)

Vəzifə öhdəlikləri

  • Mentorun rəhbərliyi altında backend sistemlərinin hazırlanmasında iştirak etmək;
  • Java (Spring Boot) və ya NestJS istifadə edərək REST API-lərin hazırlanmasına dəstək olmaq;
  • Verilənlər bazası ilə işləmək və mövcud funksionallığı inkişaf etdirmək;
  • Bug-ların aradan qaldırılması və kodun optimallaşdırılmasında iştirak etmək;
  • Git və AI əsaslı inkişaf alətlərindən (Claude, Codex və s.) istifadə etməklə proqram təminatının hazırlanmasına dəstək olmaq.

Namizədə qarşı tələblər

  • Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqədar ixtisas üzrə təhsil alan və ya yeni məzun olmuş namizədlər;
  • Java (Spring Boot üstünlükdür) və ya NestJS üzrə əsas biliklər;
  • OOP və REST API anlayışı;
  • SQL verilənlər bazaları ilə işləməyin əsaslarını bilmək;
  • Git ilə işləmə bacarığı;
  • Analitik düşüncə, məsuliyyətli və öyrənməyə həvəsli;
  • Texniki sənədləri oxuya biləcək səviyyədə ingilis dili biliyi üstünlükdür.

Biz nə təklif edirik

  • Real kommersiya layihələrində praktiki iş təcrübəsi;
  • Təcrübəli mentorlarla işləmək imkanı;
  • Müasir backend texnologiyaları və AI alətləri ilə işləmək;
  • Uğurlu namizədlər üçün staj proqramından sonra daimi iş imkanı;
  • Rahat və peşəkar iş mühiti.

CV-nizi və varsa GitHub hesabınızı, portfolio və ya layihələrinizi mövzu hissəsində "Backend Developer Intern" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily129
  • Weekly439
  • Monthly456