Junior Planning Engineer

  • Deadline 13 Dekabr 2026

PMIS MMC komandamıza qoşulmaq və peşəkar inkişaf imkanlarından yararlanmaq istəyən namizədləri aşağıdakı vakansiyaya müraciət etməyə dəvət edir.

Junior Planning Engineer (Kiçik planlaşdırma mühəndisi)

Əsas vəzifə və öhdəliklər:

  • Layihələrin icra qrafiklərinin hazırlanmasında və yenilənməsində iştirak etmək;
  • Layihə üzrə iş həcmlərinin, müddətlərin və resursların planlaşdırılmasına dəstək göstərmək;
  • İşlərin faktiki icra vəziyyətini izləmək və planlaşdırılmış göstəricilərlə müqayisə etmək;
  • Gündəlik, həftəlik və aylıq layihə hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Layihə üzrə gecikmələrin və mümkün risklərin müəyyənləşdirilməsinə dəstək göstərmək;
  • Layihə komandalarından zəruri məlumatları toplamaq və sistemləşdirmək;
  • MS Excel və planlaşdırma proqramlarından istifadə etməklə məlumatların təhlilini aparmaq;
  • Layihə rəhbərliyi və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək.

Namizədə dair tələblər:

  • Mühəndislik, tikinti, inşaat, mexanika və ya digər müvafiq sahələr üzrə ali təhsil;
  • Müvafiq sahədə 0–2 il iş təcrübəsi;
  • MS Excel proqramı üzrə yaxşı biliklər;
  • Primavera P6 proqramları üzrə ilkin biliklər;
  • Layihə planlaşdırılması və qrafiklərin hazırlanması prinsipləri barədə ilkin anlayış;
  • Analitik düşünmə, detallara diqqət və məlumatlarla işləmək bacarığı;
  • Komandada işləmək və ünsiyyət bacarığı;
  • İngilis dili biliyi vacibdir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq və ya CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər - [email protected]

  • Daily77
  • Weekly338
  • Monthly917