PMIS MMC komandamıza qoşulmaq və peşəkar inkişaf imkanlarından yararlanmaq istəyən namizədləri aşağıdakı vakansiyaya müraciət etməyə dəvət edir.
Junior Planning Engineer (Kiçik planlaşdırma mühəndisi)
Əsas vəzifə və öhdəliklər:
- Layihələrin icra qrafiklərinin hazırlanmasında və yenilənməsində iştirak etmək;
- Layihə üzrə iş həcmlərinin, müddətlərin və resursların planlaşdırılmasına dəstək göstərmək;
- İşlərin faktiki icra vəziyyətini izləmək və planlaşdırılmış göstəricilərlə müqayisə etmək;
- Gündəlik, həftəlik və aylıq layihə hesabatlarının hazırlanmasında iştirak etmək;
- Layihə üzrə gecikmələrin və mümkün risklərin müəyyənləşdirilməsinə dəstək göstərmək;
- Layihə komandalarından zəruri məlumatları toplamaq və sistemləşdirmək;
- MS Excel və planlaşdırma proqramlarından istifadə etməklə məlumatların təhlilini aparmaq;
- Layihə rəhbərliyi və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək.
Namizədə dair tələblər:
- Mühəndislik, tikinti, inşaat, mexanika və ya digər müvafiq sahələr üzrə ali təhsil;
- Müvafiq sahədə 0–2 il iş təcrübəsi;
- MS Excel proqramı üzrə yaxşı biliklər;
- Primavera P6 proqramları üzrə ilkin biliklər;
- Layihə planlaşdırılması və qrafiklərin hazırlanması prinsipləri barədə ilkin anlayış;
- Analitik düşünmə, detallara diqqət və məlumatlarla işləmək bacarığı;
- Komandada işləmək və ünsiyyət bacarığı;
- İngilis dili biliyi vacibdir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq və ya CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər - [email protected]