Əsas vəzifə və öhdəliklər:
- Layihələr üzrə iş həcmlərinin hesablanması və müəyyənləşdirilməsində iştirak etmək;
- Layihə çertyojları, texniki spesifikasiyalar və layihə sənədlərini təhlil etmək;
- BOQ (Bill of Quantities) sənədlərinin hazırlanmasına və yenilənməsinə dəstək göstərmək;
- Tikinti və quraşdırma işləri üzrə material və iş həcmlərinin hesablanmasını həyata keçirmək;
- Müqavilə və layihə sənədlərinə uyğun olaraq faktiki yerinə yetirilmiş iş həcmlərini yoxlamaq;
- Material və digər layihə xərclərinin hesablanmasında iştirak etmək;
- Büdcə və smeta sənədlərinin hazırlanmasına dəstək göstərmək;
- Layihə üzrə əlavə və dəyişikliklərin (Variation Orders) qiymətləndirilməsində iştirak etmək;
- Görülmüş işlərin həcmləri üzrə hesabatların hazırlanmasını təmin etmək;
- Layihə, satınalma və müqavilə komandaları ilə koordinasiyalı işləmək.
Namizədə dair tələblər:
- İnşaat mühəndisliyi, tikinti, mexanika və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
- Müvafiq sahədə 0–2 il iş təcrübəsi;
- Tikinti çertyojlarını oxumaq və texniki sənədlərlə işləmək bacarığı;
- MS Excel proqramı üzrə yaxşı biliklər;
- BOQ, iş həcmlərinin hesablanması və smeta tərtibi üzrə ilkin biliklər;
- AutoCAD proqramı üzrə biliklər arzuolunandır;
- Dəqiqlik, analitik düşünmə və hesablama bacarığı;
- Komandada işləmək və məsuliyyətlilik;
- İngilis dili biliyi vacibdir;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq və ya CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər - [email protected]