PMIS MMC komandamıza qoşulmaq və peşəkar inkişaf imkanlarından yararlanmaq istəyən namizədləri aşağıdakı vakansiyalara müraciət etməyə dəvət edir.
1. JUNIOR PLANNING ENGINEER
(Kiçik planlaşdırma mühəndisi)
Əsas vəzifə və öhdəliklər:
- Layihələrin icra qrafiklərinin hazırlanmasında və yenilənməsində iştirak etmək;
- Layihə üzrə iş həcmlərinin, müddətlərin və resursların planlaşdırılmasına dəstək göstərmək;
- İşlərin faktiki icra vəziyyətini izləmək və planlaşdırılmış göstəricilərlə müqayisə etmək;
- Gündəlik, həftəlik və aylıq layihə hesabatlarının hazırlanmasında iştirak etmək;
- Layihə üzrə gecikmələrin və mümkün risklərin müəyyənləşdirilməsinə dəstək göstərmək;
- Layihə komandalarından zəruri məlumatları toplamaq və sistemləşdirmək;
- MS Excel və planlaşdırma proqramlarından istifadə etməklə məlumatların təhlilini aparmaq;
- Layihə rəhbərliyi və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək.
Namizədə dair tələblər:
- Mühəndislik, tikinti, inşaat, mexanika və ya digər müvafiq sahələr üzrə ali təhsil;
- Müvafiq sahədə 0–2 il iş təcrübəsi;
- MS Excel proqramı üzrə yaxşı biliklər;
- Primavera P6 proqramları üzrə ilkin biliklər;
- Layihə planlaşdırılması və qrafiklərin hazırlanması prinsipləri barədə ilkin anlayış;
- Analitik düşünmə, detallara diqqət və məlumatlarla işləmək bacarığı;
- Komandada işləmək və ünsiyyət bacarığı;
- İngilis dili biliyi vacibdir.
2. JUNIOR QUANTITY SURVEYOR
(Kiçik həcm və dəyər üzrə mühəndis)
Əsas vəzifə və öhdəliklər:
- Layihələr üzrə iş həcmlərinin hesablanması və müəyyənləşdirilməsində iştirak etmək;
- Layihə çertyojları, texniki spesifikasiyalar və layihə sənədlərini təhlil etmək;
- BOQ (Bill of Quantities) sənədlərinin hazırlanmasına və yenilənməsinə dəstək göstərmək;
- Tikinti və quraşdırma işləri üzrə material və iş həcmlərinin hesablanmasını həyata keçirmək;
- Müqavilə və layihə sənədlərinə uyğun olaraq faktiki yerinə yetirilmiş iş həcmlərini yoxlamaq;
- Material və digər layihə xərclərinin hesablanmasında iştirak etmək;
- Büdcə və smeta sənədlərinin hazırlanmasına dəstək göstərmək;
- Layihə üzrə əlavə və dəyişikliklərin (Variation Orders) qiymətləndirilməsində iştirak etmək;
- Görülmüş işlərin həcmləri üzrə hesabatların hazırlanmasını təmin etmək;
- Layihə, satınalma və müqavilə komandaları ilə koordinasiyalı işləmək.
Namizədə dair tələblər:
- İnşaat mühəndisliyi, tikinti, mexanika və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
- Müvafiq sahədə 0–2 il iş təcrübəsi;
- Tikinti çertyojlarını oxumaq və texniki sənədlərlə işləmək bacarığı;
- MS Excel proqramı üzrə yaxşı biliklər;
- BOQ, iş həcmlərinin hesablanması və smeta tərtibi üzrə ilkin biliklər;
- AutoCAD proqramı üzrə biliklər arzuolunandır;
- Dəqiqlik, analitik düşünmə və hesablama bacarığı;
- Komandada işləmək və məsuliyyətlilik;
- İngilis dili biliyi vacibdir;
MÜRACİƏT QAYDASI
Namizədlər CV-lərini elektron poçt ünvanının mövzu hissəsində vakansiyanın adını qeyd edərək göndərə bilərlər.
E-mail: [email protected]