Vəzifənin məqsədi
Metal konstruksiyaların və detalların texniki çertyojlara, qaynaq texnologiyasına və müəyyən edilmiş keyfiyyət tələblərinə uyğun, təhlükəsiz və keyfiyyətli qaynaq edilməsini təmin etmək.
Əsas vəzifə və öhdəliklər
- Metal konstruksiyaların, detalların və digər metal elementlərin verilmiş tapşırıqlara və texniki sənədlərə uyğun qaynaq işlərini yerinə yetirmək;
- Qaynaq işlərini müəyyən edilmiş texnoloji tələblərə, texniki çertyojlara və qaynaq üsuluna uyğun həyata keçirmək;
- Elektrodla qaynaq (MMA), yarımavtomat qaynaq (MIG/MAG) və digər müvafiq qaynaq üsullarından iş tapşırığına uyğun istifadə etmək;
- Qaynaqdan əvvəl metal səthləri, detalların birləşmə hissələrini və qaynaq avadanlıqlarını işə hazırlamaq;
- Qaynaq aparatlarından, alətlərdən və fərdi mühafizə vasitələrindən təyinatına uyğun istifadə etmək;
- Qaynaq tikişlərinin keyfiyyətini vizual olaraq yoxlamaq, aşkar edilmiş qüsurlar barədə birbaşa rəhbərə məlumat vermək və onların aradan qaldırılmasını təmin etmək;
- Qaynaq işləri zamanı texnoloji ardıcıllığa və müəyyən edilmiş keyfiyyət tələblərinə riayət etmək;
- Qaynaq avadanlıqlarının və iş alətlərinin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək, nasazlıqlar barədə birbaşa rəhbərə məlumat vermək;
- İş yerində təmizliyi, səliqəni və materiallardan səmərəli istifadəni təmin etmək;
- Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və SƏTƏM tələblərinə riayət etmək;
- Görülmüş işlər və iş prosesində yaranan problemlər barədə birbaşa rəhbərə məlumat vermək.
Namizədə tələblər
- Orta və ya texniki peşə təhsili, müvafiq qaynaq ixtisası üzrə hazırlıq arzuolunandır;
- Qaynaqçı vəzifəsi üzrə iş təcrübəsi üstünlükdür;
- Elektrodla (MMA) və yarımavtomat (MIG/MAG) qaynaq üsulları üzrə praktiki bilik və bacarıqlar;
- Metal konstruksiyaların və detalların qaynağı üzrə biliklər;
- Texniki çertyojları və qaynaq işlərinə dair texniki sənədləri oxumaq bacarığı;
- Qaynaq tikişlərində yarana biləcək qüsurlar və onların qarşısının alınması barədə məlumatlı olmaq;
- Qaynaq avadanlıqlarından və fərdi mühafizə vasitələrindən düzgün istifadə bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.
İş şəraiti
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Nahar və servis xidməti ilə təminat.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər vəya CV-nizi [email protected] ünvanına “Qaynaqçı” başlığı ilə 31.10.2026-cı il tarixinədək göndərə bilərsiniz.