MARKETİNQ MÜTƏXƏSSİSİ
Psixologiya sahəsində fəaliyyət göstərən mərkəzimiz komandasına marketinq mütəxəssisi axtarır.
Vəzifə öhdəlikləri:
* Mərkəzin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
* Bazarın, rəqiblərin və hədəf auditoriyanın təhlili;
* Reklam kampaniyalarının planlaşdırılması və nəticələrinin qiymətləndirilməsi;
* Yeni xidmətlərin tanıdılması və müştəri cəlbi üzrə təkliflərin hazırlanması;
* Korporativ tərəfdaşlıqların qurulması;
* Görülən işlərlə bağlı hesabatların hazırlanması.
Namizədə tələblər:
* Marketinq sahəsində iş təcrübəsi;
* Strateji və analitik düşünmə bacarığı;
* Yaradıcı və təşəbbüskar yanaşma;
* Planlaşdırma və təqdimat bacarığı;
* Psixologiya, təhsil və ya xidmət sahəsində təcrübə üstünlükdür.
Biz nə təklif edirik?
* Peşəkar və pozitiv iş mühiti;
* Karyera və şəxsi inkişaf imkanları;
* Təlimlərdə iştirak imkanı;
* Əməkhaqqı namizədin bilik və iş təcrübəsinə əsasən qarşılıqlı razılaşma yolu ilə müəyyən ediləcək.
Uyğun namizədlər cvlərini [email protected] mail ünvanına göndərə bilərlər.