İş haqqında məlumat:
- Müştərilərdən daxil olan telefon zənglərinə cavab vermək;
- Telefon və ya onlayn vasitələrlə edilmiş müraciətləri cavablandırmaq
- Müştərilərə, mərkəzin xidmətləri, yenilikləri, xidmət strukturları haqqında ətraflı və dolğun məlumat vermək;
- Müştərilərə mərkəzin xidmətləri barədə ətraflı məlumat vermək;
- Zənglərə əsasən mərkəzin xidmətləri satışını təşkil etmək (telemarketinq)
- Müştəri şikayətlərinə baxılması, müştəri məmnuniyyətini təmin etmək üçün lazımi tədbirlərin həyata keçirilməsi;
- Vəzifə funksiyalarından irəli gələn tapşırıqlar əsasında digər öhdəlikləri yerinə yetirmək
İş şəraiti
- İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 18:00-dək, şənbə günü 10:00-dan 16:00-dək.
- Əmək haqqı: 500 AZN + bonus
Tələblər:
- Məlumat mərkəzinin effektiv idarə olunması, məlumatların saxlanması, təhlil edilməsi və məlumatların təhlükəsizliyinin təmin edilməsi
- Zəngləri müsbət enerji ilə cavablandırmaq ,telefonda yüksək ünsiyyətqurma qabiliyyət;
- Əla səviyyədə Azərbaycan dili bilikləri (Rus dili arzu olunandır)
- Özünə inam, diqqətli və səbrli olmaq, eynilikdən qaçmaq, tənqidləri qəbul etmək;
- Müsbətə fokuslanmaq, işini və müştəriləri sevmək;
- Dissiplin və subardinasiya qaydalarına riayyət etmək, məsuliyyətli olmaq
- Komandada işləmək bacarığı;
- Kompüter bilikləri: MS Office proqramları, komputerdə çevik işləmək bacarığı;
- Səs tonu önəmlidir (Özünə güvən), savadlı nitq və gözəl düzgün diksiya;
- Mükəmməl kommunikasiya qabiliyyəti, mülayim və xoşməramlı olmaq;
- Satışa meyli, telefonla satış etmə bacarığı;
- Zəng edən bütün müştərilərə xüsusi yanaşma və təmkinli davranış.
Vakansiyanın tələblərinə uyğun olan namizədlər CV-lərini “Məlumat mərkəzinin mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq və ya [email protected] elektron ünvanına göndərərək vakansiyaya müraciət edə bilərlər.