Psixologiya sahəsində fəaliyyət göstərən mərkəzimiz komandasına yaradıcı və peşəkar SMM mütəxəssisi axtarır.
Vəzifə öhdəlikləri:
- Mərkəzin sosial media səhifələrinin gündəlik idarə olunması;
- Aylıq kontent planının hazırlanması və həyata keçirilməsi;
- Paylaşımlar üçün yaradıcı və düzgün mətnlərin yazılması;
- Foto, video, Reels və hekayə formatları üzrə kontentin hazırlanması;
- Sosial media reklamlarının planlaşdırılması və idarə olunması;
- İzləyici aktivliyinin artırılması;
- Sosial media göstəricilərinin təhlili və hesabatların hazırlanması.
Namizədə tələblər:
- SMM sahəsində iş təcrübəsi və portfolio;
- Instagram, Facebook, TikTok və Meta Business Suite ilə işləmək bacarığı;
- Canva, CapCut və oxşar proqramlardan istifadə bacarığı;
- Azərbaycan dilində düzgün və yaradıcı yazı qabiliyyəti;
- Sosial media trendlərini izləmək və tətbiq etmək bacarığı;
- Psixologiya mövzularını auditoriyaya sadə və maraqlı formada təqdim etmək bacarığı üstünlükdür.
Biz nə təklif edirik?
- Peşəkar və pozitiv iş mühiti;
- Yaradıcılıq və inkişaf imkanları;
- Təlimlərdə iştirak imkanı;
- Əməkhaqqı namizədin bilik və iş təcrübəsinə əsasən qarşılıqlı razılaşma yolu ilə müəyyən ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.