ÜMUMİ İŞLƏR ÜZRƏ KOORDİNATOR
Psixologiya sahəsində fəaliyyət göstərən mərkəzimiz komandasına məsuliyyətli və təşkilatçılıq bacarığı yüksək olan ümumi işlər üzrə koordinator axtarır.
Vəzifə öhdəlikləri:
* Mərkəzin gündəlik inzibati və təşkilati işlərinin əlaqələndirilməsi;
* Şöbələr və əməkdaşlar arasında operativ kommunikasiyanın təmin edilməsi;
* Görüşlərin, tədbirlərin və daxili proseslərin təşkil olunması;
* Sənədləşmə, rəsmi yazışma və hesabatların hazırlanması;
* Ofis ehtiyaclarının müəyyənləşdirilməsi və təminat işlərinin koordinasiyası;
* Tapşırıqların icra vəziyyətinin izlənilməsi;
* Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.
Namizədə tələblər:
* Ali təhsil;
* Koordinator, inzibatçı və ya ofis meneceri kimi iş təcrübəsi;
* Yüksək təşkilatçılıq və vaxtı idarəetmə bacarığı;
* Eyni anda bir neçə işi koordinasiya etmək qabiliyyəti;
* MS Office proqramlarında işləmək bacarığı;
* Məsuliyyətli, operativ, çevik və komandada işləməyə açıq olmaq.
Biz nə təklif edirik?
* Peşəkar və pozitiv iş mühiti;
* Karyera və şəxsi inkişaf imkanları;
* Təlimlərdə iştirak imkanı;
* Əməkhaqqı namizədin bilik və iş təcrübəsinə əsasən qarşılıqlı razılaşma yolu ilə müəyyən ediləcək.
📩 Müraciət etmək istəyən namizədlər CV-lərini “Ümumi işlər üzrə koordinator” qeyd etməklə [email protected] mail vasitəsilə göndərə bilərlər.