Vəzifə öhdəlikləri:
- Layihələndiriləcək mənzil kompleksinin memarlıq hissəsinin hazırlanması (eskiz → işçi layihə)
 - Obyekt sahəsində ilkin baxış
 - Layihə mərhələsində memarlıq paketinin (planlar, kəsiklər, fasadlar və s.) tərtibi və təqdim edilməsi
 - Dizayn və texniki tələblər çərçivəsində memarlıq konsepsiyasının işlənməsi, digər mühəndis sahələri ilə koordinasiya
 - Layihənin tikintisi zamanı müəllif nəzarəti və keyfiyyətin təmin edilməsi
 - Müasir memarlıq tendensiyalarını və material seçimlərini layihəyə inteqrasiya etmək
 - Verilmiş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə cavabdehlik
 
Namizədə tələblər:
- Memarlıq ixtisası üzrə ali təhsil
 - Təcrübə sahəsində: tikinti-mühəndislik sahəsində memar vəzifəsində iş təcrübəsi (2 il və ya daha çox)
 - AutoCAD, Revit (və ya bənzər) proqramlarında işləmə bacarığı
 - Layihələrin hazırlanması və sahədə icrası üzrə praktiki təcrübə
 - Yaradıcılıq düşüncə, detal yönümlülük, məsuliyyətli və komanda daxilində işləmə bacarığı
 - Azərbaycan dili mükəmməl, rus və ya ingilis dili arzuolunandır
 - (Üstünlükdür) Mənzil layihələri üzrə dizayn-memarlıq təcrübəsi
 
Təklif etdiyimiz şərtlər:
- Əmək haqqı və mükafatlandırma müsahibə zamanı razılaşdırılacaq
 - Tam-ştat iş rejimi, layihə müddətinə bağlı
 - Professional inkişaf imkanları və dinamik layihə mühiti
 - Layihə kollektivinə qoşulmaq, müxtəlif sahə mütəxəssisləri ilə birlikdə işləmək imkanı
 
Müraciət qaydası:
Mövzu hissəsində “Memar” qeyd edərək CV və portfelinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına və ya +994 51 399 19 81 whatsapp nömrəmizə göndərməyiniz xahiş olunur.