Əsas vəzifə öhdəlikləri:
- Təhkim olunmuş avtobusu təmiz, səliqəli və texniki saz vəziyyətdə saxlamaq.
- Hərəkətə başlamazdan əvvəl avtobusa texniki baxış keçirmək və aşkar olunan nasazlıqlar barədə rəhbərliyi məlumatlandırmaq.
- Avtobusun servis müddətinə və yanacaq sərfiyyatına nəzarət etmək.
- Kiçik texniki nasazlıqları yerində aradan qaldırmaq üçün zəruri mexaniki biliklərə malik olmaq.
- Avtobusda yanğınsöndürən balon, təhlükəsizlik üçbucağı və tibbi çantanın mövcudluğunu təmin etmək.
- Yol hərəkəti qaydalarına və müəyyən edilmiş sürət həddinə ciddi riayət etmək.
- Əməkdaşların iş yerinə və geriyə təhlükəsiz daşınmasını təmin etmək.
- Təsdiq edilmiş hərəkət marşrutuna və vaxt qrafikinə riayət etmək, gecikmə və ya marşrut dəyişikliyi barədə aidiyyəti rəhbəri vaxtında məlumatlandırmaq.
- Sərnişinlərin nəqliyyat vasitəsinə təhlükəsiz minib-düşməsinə nəzarət etmək və səfər zamanı rahat, nəzakətli xidmət göstərmək.
- Şirkətə məxsus sənəd, avadanlıq və digər ləvazimatları təyinat ünvanına təhlükəsiz çatdırmaq.
- Qeyri-iş vaxtında avtobusu müəyyən olunmuş dayanacaqda saxlamaq.
- İstehsalat sahələrində fərdi mühafizə vasitələrindən istifadə etmək.
- Avtobusun müəyyən edilmiş sərnişin tutumunun aşılmasına yol verməmək, qarlı və buzlu yollarda təkər zəncirindən istifadə etmək.
- Yol-nəqliyyat hadisəsi zamanı təhlükəsizliyi təmin etdikdən sonra dərhal rəhbərliyə və sığorta şirkətinə məlumat vermək.
- İş vaxtında spirtli içki və ya əhvalı dəyişdirən digər maddələrdən istifadə etməmək.
- İşə davamiyyət, daxili intizam və subordinasiya qaydalarına riayət etmək, münaqişələrdən uzaq olmaq.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər:
- Etibarlı sürücülük vəsiqəsində D kateqoriyasının olması.
- Yaşı 60-dan az olmalıdır.
- Sərnişindaşıma sahəsində ən azı 3 il iş təcrübəsi.
- Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYNA Tədris Mərkəzi tərəfindən verilmiş sertifikatın olması üstünlükdür.
- Yol hərəkəti qaydalarını və nəqliyyat vasitəsinin əsas texniki quruluşunu yaxşı bilmək.
- Kiçik texniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq bacarığı.
- Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq və təhlükəsiz idarəetmə vərdişləri.
- Bakı şəhərini və region yollarını yaxşı tanımaq.
Biz təklif edirik:
- İş təcrübəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı.
- Dəstəkləyici və təhlükəsizliyə önəm verən iş mühiti.
- Şirkət tərəfindən mobil nömrə ilə təminat.
- İş qrafiki: Bazar ertəsi–Cümə, 08:00–17:00
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Avtobus sürücüsü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.