Çilingər

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Çilingər

  • Deadline 7 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Təsdiq edilmiş plana və təqdim olunmuş siyahıya uyğun qaz sayğaclarını sökmək və yenisi ilə əvəz etmək;
  • Nəzarət-ölçü cihazlarının təmiri, sazlanması, sınağı və quraşdırılması işlərini həyata keçirmək;
  • Planlı və növbədənkənar sayğac dəyişdirilməsi işlərini yerinə yetirmək;
  • Qaz xəttinin, birləşdirici elementlərin və armaturların saz vəziyyətdə olmasını yoxlamaq;
  • Sayğacları plomblaşdırılma üçün hazır vəziyyətə gətirmək;
  • Sayğac dəyişdirildikdən sonra avadanlığın işlək vəziyyətini və mümkün qaz sızmalarını yoxlamaq;
  • Qaz sızması, qəza və ya təhlükəli hal aşkar etdikdə dərhal qrup rəhbərinə məlumat vermək və ilkin təhlükəsizlik tədbirlərini görmək;
  • Zərurət yarandıqda qrup rəhbərinin göstərişi ilə qaynaqçıya kömək etmək;
  • İstifadə olunan alət və avadanlıqları saz və təhlükəsiz vəziyyətdə saxlamaq;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.

Namizədə tələblər

  • Minimum 18 yaş;
  • Orta və ya orta ixtisas təhsili;
  • Müvafiq peşə hazırlığı və ya çilingərlik üzrə sertifikatın olması üstünlükdür;
  • Çilingər və ya oxşar texniki vəzifədə müvafiq iş təcrübəsi;
  • Qaz sayğaclarının və nəzarət-ölçü cihazlarının quraşdırılması qaydalarını bilmək;
  • Əl alətləri və ölçü cihazlarından istifadə bacarığı;
  • Tibbi müayinədən keçmiş və fiziki işə yararlı olmaq;
  • Əməyin mühafizəsi və hərəkətin təhlükəsizliyi üzrə təlim keçmək;
  • Məsuliyyətli, intizamlı, diqqətli və komanda ilə işləmək bacarığı.

Əlavə məlumat

  • Servis şirkət tərəfindən təmin olunur.
  • Əmək haqqı: razılaşma əsasında.
  • İş qrafiki: həftənin 5 günü, 08:00–17:00 (əlavə iş saatları nəzərə alınır).

Müraciət qaydası: Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Çilingər” mövzu başlığı ilə göndərə bilərlər.

  • Daily113
  • Weekly256
  • Monthly737