Əsas vəzifə və öhdəlikləri:
- Mühasibat və mal-material uçotunun qüvvədə olan qanunvericiliyin tələblərinə və şirkətin daxili prosedurlarına uyğun aparılmasını təmin etmək;
- Mal-material ehtiyatlarının (MME) və hazır məhsulların anbara mədaxil və məxaric əməliyyatlarını müvafiq sənədlər əsasında 1C proqramında düzgün və vaxtında işləmək;
- Alış, mal-material, anbar və digər aidiyyəti maliyyə əməliyyatlarını 1C proqramına daxil etmək və sənədlərin düzgünlüyünə nəzarət etmək;
- Anbarlar üzrə silinmə, daxili yerdəyişmə və digər hərəkət sənədlərini yoxlamaq və sistemdə əks etdirmək;
- Elektron qaimə-fakturaları, hesab-fakturaları və digər ilkin mühasibat sənədlərini yoxlamaq, onların uçot sistemində düzgün əks etdirilməsini təmin etmək;
- Anbarlarda dövri, aylıq və illik inventarizasiya proseslərində iştirak etmək, faktiki qalıqları uçot məlumatları ilə üzləşdirmək;
- İnventarizasiya nəticəsində müəyyən edilmiş əskiklik və artıqlıqları təhlil etmək, səbəblərini araşdırmaq və nəticələri rəhbərliyə təqdim etmək;
- Mal-material ehtiyatlarının və hazır məhsulların maya dəyərinin (FIFO/Average) düzgün hesablanmasına nəzarət etmək;
- Anbarlar üzrə mal-material qalıqlarını mütəmadi yoxlamaq, uçot məlumatları ilə faktiki göstəricilər arasında uyğunsuzluqları müəyyən etmək;
- Mal-material və anbar əməliyyatları üzrə debitor və kreditor hesablaşmalarının düzgün aparılmasına nəzarət etmək;
- Əsas vəsaitlərin və digər maddi aktivlərin uçotunda iştirak etmək, zəruri hallarda amortizasiya hesablamalarının düzgünlüyünü yoxlamaq;
- Mühasibat və anbar sənədlərinin düzgün tərtib edilməsini, sistemləşdirilməsini və uçotda vaxtında əks etdirilməsini təmin etmək;
- Rəhbərlik və Baş mühasib tərəfindən verilən aidiyyəti tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
Əsas tələblər:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
- Mühasibat və mal-material/anbar uçotu sahəsində müvafiq iş təcrübəsi;
- Mühasibat hesablaşmaları, mal-material və anbar uçotu üzrə yüksək səviyyədə bilik;
- Vergi və mühasibat uçotu ilə bağlı qanunvericilik üzrə biliklər;
- 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
- MS Excel proqramında sərbəst işləmək bacarığı;
- FIFO və orta maya dəyəri (Average) metodları üzrə praktiki bilik;
- İnventarizasiya, anbar qalıqlarının üzləşdirilməsi və müəyyən edilmiş fərqlərin araşdırılması üzrə bilik və təcrübə;
- İstehsalat proseslərinin təşkili, istehsal mərhələləri, xammal və materialların istehsala silinməsi, hazır məhsulun formalaşması və istehsal uçotu prinsipləri üzrə anlayış və biliklərə malik olmaq;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, rus və ingilis dili bilikləri arzuolunandır;
- Fikrini aydın ifadə etmək, analitik düşünmək və komanda ilə işləmək bacarığı;
- Məsuliyyətli, dəqiq, operativ və stresə davamlı olmaq.
Əlavə məlumat
- Təcrübə və ixtisaslara əsaslanan rəqabətli maaş.
- Karyera inkişafı və peşəkar inkişaf üçün imkanlar.
- Dəstəkləyici və təhlükəsizliyə yönəlmiş iş mühiti.
- Şirkət tərəfindən təmin olunan nəqliyyat və mobil telefon nömrəsi.
- İş saatları: Bazar ertəsindən cümə gününə qədər, 09:00–18:00.
- Bəzən əlavə iş saatlarına görə kompensasiya.
Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Mal-Material və Anbar Uçotu üzrə Mühasib” mövzu başlığı ilə göndərə bilərlər.