Qaynaqçı

  • Истекает 7 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri

  • Qaz xətləri, metal konstruksiyalar və borular üzrə qaynaq işlərini yerinə yetirmək;
  • Boruların kəsilməsi, birləşdirilməsi və montajını texniki tələblərə uyğun həyata keçirmək;
  • Yarımavtomat və qaz qaynağı aparatlarından düzgün və təhlükəsiz istifadə etmək;
  • Qaynaq edilən materiala uyğun elektrod, avadanlıq və qaynaq üsulunu seçmək;
  • Qaynaq tikişlərinin keyfiyyətini yoxlamaq, qüsurları müəyyən etmək və aradan qaldırmaq;
  • Nasaz metal hissələrin və avadanlıqların təmirini həyata keçirmək;
  • İstifadə olunan odluq, reduktor, balon və nəzarət-ölçü cihazlarının sazlığını yoxlamaq;
  • Texniki çertyoj və sxemlərə uyğun işləmək;
  • Aşkar olunmuş nasazlıq və təhlükəli hallar barədə dərhal qrup rəhbərinə məlumat vermək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.

Namizədə tələblər

  • Orta və ya orta ixtisas təhsili;
  • Qaynaqçı ixtisasını təsdiq edən peşə hazırlığı sənədi və ya sertifikat;
  • Qaynaq işləri üzrə müvafiq iş təcrübəsi;
  • Yarımavtomat və qaz qaynağı aparatlarının texniki istismar qaydalarını bilmək;
  • Qaynaq tikişlərinin növləri, yarana biləcək qüsurlar və onların aradan qaldırılması üsulları barədə bilik;
  • Elektrodların növlərini və qaynaq tikişlərinin texnoloji ardıcıllığını bilmək;
  • Odluq, reduktor, balon və nəzarət-ölçü cihazlarından təhlükəsiz istifadə bacarığı;
  • “Təbii qazdan istifadə Qaydaları”nı və qazdan təhlükəsiz istifadə üzrə təlimatları bilmək;
  • Məsuliyyətli, intizamlı, diqqətli və komanda ilə işləmək bacarığı.

Əlavə məlumat

  • Servis şirkət tərəfindən təmin olunur.
  • Əmək haqqı: razılaşma əsasında.
  • İş qrafiki: həftənin 5 günü, 08:00–17:00 (əlavə iş saatları nəzərə alınır).

Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Qaynaqçı” mövzu başlığı ilə göndərə bilərlər.

  • Daily117
  • Weekly260
  • Monthly741