Premium Bank Premium Bank

Premium Bank

Banks

Bazar və Likvidlik risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bazar və Likvidlik risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis

  • Deadline 4 December 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Premium Bank” ASC Bazar və Likvidlik risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vakansiyasını elan edir.

İşin təsviri:

  • Bazar və likvidlik risklərinin müəyyənləşdirilməsi, ölçülməsi və minimallaşdırılması ilə bağlı işləri aparır, təkliflər verir və prosesə nəzarət və monitorinqin həyata keçirilməsində iştirak edir;
  • Bazar və likvidlik riskləri sahəsində araşdırılma aparılması və modellərin təkmilləşdirilməsində (statistik əsas ölçmə metodları, reqressiya analizləri, riskə məruz dəyər, risk altında olan dəyər, həssaslıq analizi, ssenari analizi və s.)  təkliflər verir və prosesdə iştirak edir;
  • Stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsində və fövqəladə vəziyyətlərdə risklərin qiymətləndirilməsində iştirak edir;
  • Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsini təmin edir;
  • Pul bazarı, istiqraz, kapital və derivativ ticarət üçün risk limitlərinin müəyyən edilməsində təkliflər verir və iştirak edir;
  • Bankda risklərin idarə edilməsi ilə bağlı requlyativ normaların və bankın risk iştahası ilə müəyyən olunmuş bazar və likvidlik riskləri üzrə limitlərin icrasına nəzarət edir;
  • LCR və NSFR likvidlik göstəricilərinin hesablanması, ödəniş müddətlərinin bölgüsü və “gap duration” kimi təhlillərin aparılmasını təmin edir;
  • Bazar və likvidlik riskləri daxili siyasətlərə və requlyativ tələblərə uyğun risk hesabatlarının hazırlanmasını təmin edir;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra edir.

Namizədə dair tələblər:

  • Maliyyə, İqtisadiyyat və ya bunlarla əlaqəli sahələr üzrə minimum bakalavr təhsili;
  • Müvafiq sahədə minimum 6 ay iş təcrübəsi;
  • Qiymətli kağızların dəyər qiymətləndirilməsi, reqressiya analizlərinin aparılması üzrə biliklər;
  • MSOffice üzrə yüksək bacarıqlar;
  • Səlis Azərbaycan dili, yaxşı səviyyədə ingilis dili, rus dili arzuolunandır;
  • Eviews, SQL və ya Pythonda işləmək bacarığı;
  • CFA , FRM (L1), ACCA sertifikatları olan namizədlərə üstünlük verilir;
  • Məsuliyyətli, öyrənməyə istəkli olmaq;
  • Araşdırma bacarıqları;
  • Komanda mühitində effektiv işləmək bacarığı.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə 
  • İş saatı 09:00-dan 18:00-dək 
  • İstirahət günləri: şənbə və bazar günləri
  • Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Bazar və Likvidlik risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily93
  • Weekly320
  • Monthly341