“Premium Bank” ASC, Əməliyyat sahəsi üzrə Mütəxəssis / Aparıcı mütəxəssis vakansiyasını elan edir (Bakı şəhərində yerləşən filial üzrə).
İşin təsviri:
- Hüquqi və fiziki şəxs müştərilərinə bank xidmətlərini təqdim etmək;
- Müvafiq bank hesablarının açılması və ya bağlanması;
- Plastik kartlarla bağlı müraciətlərin qəbulu və sifarişi;
- Sürətli pul köçürmə sistemləri vasitəsilə sifarişlərin icrası;
- Müştərilərin hesab qalıqları barədə arayışların təqdim edilməsi;
- Vergi, DSMF və məhkəmə sərəncamlarının icra edilməsi;
- Gün ərizəndə icra edilmiş əməliyyat sənədlərinin toplanması və aidiyyəti üzrə təhvil verilməsi.
Namizədə dair tələblər:
- Ali (iqtisadi) təhsil;
- Sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Təzyiqə davamlılıq və komanda tərkibində işləmə bacarığı;
- Bank əməliyyatları və bank qanunvericiliyi barədə bilikli olmaq;
- Azərbaycan və Rus dillərində səlis danışıq qabiliyyəti, İngilis dili arzuolunandır;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
- Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Əməliyyat üzrə Mütəxəssis / Aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.