Öhdəliklər
- Komplayens hesabatlılığı proseslərinin təşkili, koordinasiyası və davamlı təkmilləşdirilməsi
- Tənzimləyici orqanlara (MMX, Mərkəzi Bank və s.) təqdim edilən hesabatların hazırlanması və vaxtında təqdim olunmasının təmin edilməsi
- Daxili komplayens, risk və idarəetmə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
- AML/CFT, sanksiyalar, KYC/CDD, STR/SAR prosesləri üzrə məlumatların monitorinqi və hesabatlılığın təşkili
- Məlumatların toplanması, təhlili, konsolidasiyası və data keyfiyyətinə nəzarətin həyata keçirilməsi
- Komplayens risk indikatorlarının (KRI) və müvafiq metrikaların hazırlanması və izlənilməsi
- Data governance və məlumatların məxfiliyi prinsiplərinə uyğunluğun təmin edilməsi
- Hesabatların avtomatlaşdırılması və proseslərin optimallaşdırılması üzrə təşəbbüslərin icrası
- Komplayens sistemləri və məlumat bazaları (AML monitoring, case management və s.) üzrə effektiv idarəetmənin təmin edilməsi
- Şöbə fəaliyyətinin planlaşdırılması, iş bölgüsünün aparılması və nəticələrin izlənilməsi
- Şöbə əməkdaşlarının performansının qiymətləndirilməsi və inkişafının təmin edilməsi
- IT, Risk, Audit və biznes bölmələri ilə effektiv əməkdaşlığın qurulması
- Müşahidə Şurası və Audit Komitəsi üçün yüksək səviyyəli təqdimat və hesabatların hazırlanması
Tələblər
- Hüquq, maliyyə, iqtisadiyyat, audit, risklərin idarə olunması və ya informasiya texnologiyaları üzrə ali təhsil
- Komplayens, AML/CFT, risklərin idarə edilməsi, daxili audit və ya tənzimləyici hesabatlılıq sahəsində minimum 5 il iş təcrübəsi
- Minimum 2 il rəhbər və ya koordinasiyaedici vəzifədə təcrübə
- Bank, maliyyə təşkilatı, sığorta, ödəniş təşkilatı və ya iri korporativ strukturda təcrübə arzuolunandır
- Komplayens hesabatlılığı və tənzimləyici tələblər üzrə dərin bilik
- Excel (advanced), Power BI, Tableau və ya oxşar BI alətləri ilə işləmə bacarığı
- Analitik düşüncə və məlumat əsaslı qərarvermə bacarığı
- Yüksək məsuliyyət, etik davranış və məxfi məlumatlarla işləmə bacarığı
- Vaxtın effektiv idarə olunması və prioritetləşdirmə bacarığı
- Azərbaycan dili – sərbəst
- İngilis dili – peşəkar işgüzar səviyyə
- Rus dili – üstünlükdür
- CAMS, ICA, CCEP, CRCM, CIA və ya oxşar beynəlxalq komplayens/AML sertifikatları üstünlükdür
- Data analitika, BI və ya risk reporting üzrə sertifikatlar üstünlükdür
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.