İşin təsviri:
- Bankın məhsul və xidmətlər portfelinin bazar tələblərinə uyğun daim inkişaf etdirilməsi;
- Bank bazarında olan məhsul və kampaniyaların izlənməsi, təhlil edilməsi;
- Bazar tendensiyalarını, müştəri tələblərini öyrənmək, rəqabət mühitinin təhlil edilməsi;
- Ənənəvi satış, kampaniya və satış kanallarının effektivliyinin ölçülməsi və artırılması;
- Məhsulun hədəf kütləsinə uyğun reklam kampaniyalarının hazırlanması və effektivliyinin ölçülməsi;
- Bankın partnyor şəbəkəsi ilə sıx əməkdaşlıq nəticəsində ortaq layihələrin həyata keçirilməsi;
- Çöl reklamları üçün vizual konsepsiyaların və sosial media platformaları üçün kontentlərin hazırlanması;
- Sosial Media Marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi.
Namizədə dair tələblər:
- Marketinq və ya oxşar sahədə ali təhsil;
- Marketinq sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə rus və ingilis dili bilikləri;
- Ofis proqramlarından istifadə etmək bacarığı;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
- Analitik düşünmə və problem həlletmə qabiliyyəti;
- Bazar araşdırması, proqnozlaşdırma barədə biliklər;
İş şəraiti:
- İş saatı 09:00-dan 18:00-dək;
- İstirahət günləri: şənbə və bazar günləri.
Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini aşağıda qeyd edilmiş elektron poçt ünvanına 18.12.2024-cü il tarixinədək göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Marketinq departamenti, Şöbə rəisi” şəklində göstərilməsi xahiş olunur.