İşin təsviri:
- Əsas vəsaitlərin, mal-material ehtiyatlarının alınması;
- Təh-təl hesab şəxslərlə hesablaşmalar;
- Azqiymətli və tezköhnələn əşyaların balansdankənar hesablarda uçotu;
- Bankın inzibati xərclərinin uçotu;
- Bankın maddi və qeyri-maddi aktivlərinin inventarizasiyanın aparılması;
- Bank əməkdaşlarına ezamiyyə haqqlarının ödənilməsi;
- Əsas vəsaitlərin alınması və satılması, qeyri- maddi aktivlərin uçotu;
- Bank tərəfindən icarəyə götürülmüş əmlaklar üzrə icarə haqlarının ödənilməsi;
- Debitor və kreditorlarla hesablaşma;
- Təchizatçılarla bağlanmış müqavilələrə uyğun hesablaşma;
- Əsas vəsaitlər üzrə amortizasiya uçotunun aparılması;
- Vergi orqanlarından onlayn kargüzarlıq sistemi vasitəsilə daxil olan məktub və sorğuların icrası.
Namizədə dair tələblər:
- Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- Bank mühasibatlıq və ya maliyyə sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
- Bank mühasibatlığı, mühasibat uçotu standartları, Vergi Məcəlləsi və Mərkəzi Bankın normativ tələbləri üzrə praktiki biliklər;
- Rus və ingilis dilləri arzuolunandır;
- Microsoft Office proqramları (xüsusilə Excel – yüksək səviyyədə);
- Analitik düşünmə, hesabat hazırlama və məlumatların təhlili bacarığı;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, yüksək məsuliyyətlilik və komandada işləmək qabiliyyəti.
Qeyd olunan vakansiya üzrə tələblərə uyğun gələn namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mühasibat uçotu Aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş olunur.