PRİME Accessories Mağazalar Şəbəkəsi PRİME Accessories Mağazalar Şəbəkəsi
  • 749

PRİME Accessories Mağazalar Şəbəkəsi

Textiles, Apparel & luxury goods , Apparel, Accessories & Luxury Goods

Mağaza meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mağaza meneceri

  • Deadline 20 January 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biz sadəcə mağaza meneceri axtarışında deyilik...

Biz bilirik ki, insanlara xidmət və rəhbərlik etmək heç də sadə iş deyil. Biz dəbli zövqə malik, xidmət edərkən müştərilər ilə ünsiyyətdən məmnunluq alan, özündən sonra davamçılar yetişdirə biləcək və lider olacaq dəyərli əməkdaş axtarışındayıq. Axtarışın əsas səbəbi şəbəkəmizin günü gündən böyüməsi və yeni filialların açılışıdır.

Hansı işləri görəcəksiniz:

  • Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
  • Komandanın satış qabiliyyətinin yaxşılaşdırılması üçün onları motivasiya edilməsi;
  • Mağaza heyyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
  • Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
  • Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin təklifi və tətbiqi;
  • Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;

Hansı super gücləriniz olmalıdır:

  • Texniki bacarıqlar: Ali təhsil, satış sahəsində iş təcrübəsi (minimum 2 il rəhbər olaraq) və kompüter istifadəsi ( Ofis proqramları, 1C)
  • Dil bilgiləri: Azərbaycan və rus dili sərbəst, İngilis dili üstünlük təşkil edir
  • Komanda ruhu: Özündən sonra davamçılar yetişdirir, rəhbərlik etdiyi satış məsləhətçilərinin potensialını ortaya çıxarır
  • Empatiya: Siz insanları hiss edir və onların ehtiyaclarını və arzularını anlayırsınız.
  • Kreativlik: Siz standart olmayan həllər və yanaşmalar tapırsınız.
  • Liderlik: Siz komandaya pozitiv və uğura can atmaqla enerji verirsiniz.

Biz sizə nələr təklif edirik:

  • 6 günlük növbəli qrafikdə iş rejimi;
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
  • Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı;
  • Şirkət daxili təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi imkanı;
  • Satış sahəsində nailiyyətlərə görə bonuslar.
  • Fix və faizdən ibarət əmək haqqı (Aylıq gəlir: 1000 – 2000 AZN)

Bizim komandaya necə qoşula bilərsiniz:

  • Əgər siz də öz potensialınıza güvənir, satış sahəsində karyerə qurub inkişaf etmək istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Mağaza rəhbəri” başlığı ilə e-mail ünvanına göndərə bilərsiniz. 
  • Daily0
  • Weekly529
  • Monthly1665