Prime Accessories Mağazalar Şəbəkəsi Prime Accessories Mağazalar Şəbəkəsi
  • 322

Satış komandasının inkişafı üzrə təlim meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış komandasının inkişafı üzrə təlim meneceri

  • Deadline 28 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

BİZ SADƏCƏ SATIŞ ÜZRƏ TƏLİMÇİ AXTARIŞINDA DEYİLİK...

Prime Accessories – sürətlə böyüyən retail şəbəkədir. Məqsədimiz yalnız satış etmək deyil, satış komandalarını sistemli şəkildə inkişaf etdirməkdir. Şəbəkəmizin genişlənməsi ilə əlaqədar satış performansını artıracaq peşəkar Təlim və İnkişaf Meneceri axtarırıq.

Bu rolda əsas missiyanız - Satış heyətinin bilik və bacarıqlarını inkişaf etdirərək filialların satış göstəricilərinə real təsir göstərməkdir.

Hansı işləri görəcəksiniz:

  • Satış praktikaları ilə bağlı təlimlər hazırlayıb, periodik olaraq heyətə tədris etmək;
  • Filiallara mütəmadi səfərlər və yerində kouçinq;
  • Təlim sonrası satış nəticələrinin izlənməsi və performans analizi aparmaq;
  • Soft skills (etirazların idarə olunması, effektiv ünsiyyət, motivasiya, liderlik və s.) üzrə inkişaf proqramları hazırlamaq;
  • Komandanın təlim ehtiyaclarını təyin edərək, təlimlər təşkil etmək;
  • Yeni əməkdaşların işə qəbul prosesində iştirak etmək;
  • Tədris sonrası həyata keçirilən imtahanların nəticələrinin açıqlanması və qeydiyyatının aparılması;
  • İşçilərin ixtisaslarının və peşəkarlığının artırılması, həmçinin görülən işlərin təqib edilməsi;
  • Motivasiya proqramlarının təşkil edilməsi;
  • Satış artımına yönəlik təklif və inkişaf planlarının hazırlanması;
  • Təlim effektivliyinin ölçülməsi və rəhbərliyə hesabatların təqdim edilməsi.

Namizəddən tələblər:

  • Ali Təhsil;
  • Satış sahəsində minimum 5 il real praktiki təcrübə;
  • Minimum 2 il təlimçi və ya kouçinq təcrübəsi;
  • Retail sektor təcrübəsi üstünlükdür;
  • Satış göstəriciləri ilə işləmə və analitik düşüncə bacarığı;
  • Filial səfərlərinə hazır olmaq;
  • Rus və İngilis dili bilikləri;
  • Güclü təqdimat və komanda idarə etmə bacarığı.

Biz sizə nələr təklif edirik:

  • Əmək haqqı: nett 1500 Azn + KPİ uyğun bonus
  • 5 günlük iş qarfiki;
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
  • Şirkət daxili təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi imkanı.

Bizim komandaya necə qoşula bilərsiniz:

Əgər siz də öz potensialınıza güvənir və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Satış komandasının inkişafı üzrə təlim meneceri ” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

  • Daily1
  • Weekly608
  • Monthly1