İşçilərimizin şirkət daxili karyera yüksəlişi əldə etmələri səbəbi ilə yaranmış vakansiyalarımıza və Yeni açılacaq filiallarımız üçün komanda yoldaşları axtarışındayıq, bizimlə birgə sizlər də dəyər yaratmaq istəyirsinizsə vakansiyaya müraciət edərək siz də Prime ailəsinin bir üzvü ola bilərsiniz!
Hansı işləri görəcəksiniz:
- Filiala daxil olan müştəriləri qarşılamaq, istəklərini öyrənmək və ona uyğun məhsullar təklif etmək;
- Kompaniyalar haqqında müştəriyə məlumat vermək;
- Satışı həyata keçirtmək;
- Mağazadakı məhsullar haqqında məlumatlı olmaq, daim öyrənməyə və inkişafa meyil etmək, şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak etmək
Hansı super gücləriniz olmalıdır:
- İnandırma qabiliyyəti
- Gülərüzlü, ünsiyyətcil
- Satış sahəsində iş təcrübəsi min. 6ay
- Komandada işləmə bacarığına sahib
- Nitq mədəniyyəti
- 18-30 yaş aralığı
- Rus və İngilis dilləri üstünlük təşkil edir
- Tələbələr üçün uyğun deyil
Biz sizə nələr təklif edirik:
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
- Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi imkanı;
- 6 günlük növbəli qrafikdə iş rejimi
- Satış sahəsində nailiyyətlərə görə əmək haqqından əlavə bonuslar.
- Fix 400 AZN və faizdən ibarət əmək haqqı sistemi (Aylıq gəlir: 600 – 1000 Azn)
Bizim komandaya necə qoşula bilərsiniz:
- Əgər siz də öz potensialınıza güvənir, satış sahəsində karyera qurub inkişaf etmək istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Satış məsləhətçisi” başlığı ilə e-mail ünvanına göndərə bilərsiniz.