Prime Accessories Mağazalar Şəbəkəsi Prime Accessories Mağazalar Şəbəkəsi
  • 1.4K

Təlim və satış personalının inkişafı üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təlim və satış personalının inkişafı üzrə menecer

  • Deadline 16 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biz sadəcə satış üzrə təlimçi axtarışında deyilik.

Biz bilirik ki, insanlara xidmət etmək, onları öyrətmək, inkişaflarına töhfə vermək heç də sadə iş deyil. Biz insanlarla işləməyi sevən kreativ, aktiv, özündən sonra davamçılar yetişdirə biləcək və lider olacaq dəyərli əməkdaş axtarışındayıq. Axtarışın əsas səbəbi şəbəkəmizin günü gündən böyüməsidir.

Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir. 

Hansı işləri görəcəksiniz:

  • Satış praktikaları ilə bağlı təlimlər hazırlayıb, periodik olaraq heyətə tədris etmək;
  • Təlim sonrası əməkdaşların performansının izlənilməsi və onların inkişafına dair rəy verilməsi;
  • Təlim kontentləri yaratmaq və onları gündəmdə saxlamaq;
  • Mağaza ziyarətlərində iştirak edib, mağaza heyətinin təlim ehtiyaclarını təyin edərək, təlimlər təşkil etmək;
  • Yeni əməkdaşların işə qəbul prosesində iştirak etmək;
  • Tədris sonrası həyata keçirilən imtahanların nəticələrinin açıqlanması və qeydiyyatının aparılması;
  • İşçilərin ixtisaslarının və peşəkarlığının artırılması, həmçinin görülən işlərin təqib edilməsi;
  • Motivasiya proqramlarının təşkil edilməsi;
  • Satışın artırılması üçün filiallara dəstək olmaq;
  • Sahə üzrə yenilikləri təqib edib (daxili və xarici bazar araşdırmaları) və təlimlərin faydalılığının artırılması üçün sorğu və analizlər etmək;
  • Gördüyü işlərin aylıq, rüblük və illik hesabatanı birbaşa rəhbərə təqdim etmək.

Hansı super gücləriniz olmalıdır:

  • Ali Təhsil;
  • Satış sektorunda minimum 5 il iş təcrübəsi ( korporativ satış, biznes inkişaf, danışıqların aparılması xarakterli işlərdə təcrübəsi olanlara üstünlük veriləcək ) və minimum 2 il təlimçi fəaliyyəti;
  • MS Office proqramlarını əla səviyyədə bilməli;
  • Rus dili və İngilis dili bilikləri mütləqdir;
  • Komanda idarə etmə bacarığı;
  • Təqdimat və danışıq bacarığı;
  • Ünsiyyət bacarığı;
  • Analitik düşünmə bacarığı.

Biz sizə nələr təklif edirik:

  • Əmək haqqı: nett 1500 Azn + KPİ uyğun bonus
  • 5 günlük iş qarfiki
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
  • Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı;
  • Şirkət daxili təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi imkanı.

Bizim komandaya necə qoşula bilərsiniz:

Əgər siz də öz potensialınıza güvənir və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Təlim və satış personalının inkişafı üzrə menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

  • Daily19
  • Weekly261
  • Monthly1557