‘Prime Agency’ şirkəti olaraq şirkətimizin tədbirlər və prodakşn şöbəsi üçün “Prodakşn koordinator” axtarışındayıq
Vəzifə öhdəlikləri:
- Şirkətin əməkdaşlıq etdiyi şirkət nümayəndələri, müştərilərlə əlaqənin qurulması;
- Prodakşn, reklam və ya şirkətin buna bənzər xidmətlər istiqamətində sifarişlərin qeydə alınmasını həyata keçirmək;
- Texniki komanda ilə işlərin planlaşdırılması;
- Montaj, demontaj proseslərində koordinasiya etməli;
- Büdcələmə prosesində yaxından iştirak etməli;
- İşlərin keyfiyyətli şəkildə, zamanında, razılaşdırılan tələblərə əsasən təhvil-təslimini təmin etməlidir;
- İcra olunan işlərin əvvəlcədən razılaşdırılmış texniki şərtlərə uyğun olub-olmadığını yoxlamaq;
- Görülmüş işin müştəriyə təhvil verilməsində və yekun razılığın əldə olunmasında yaxından iştirak etmək;
- Layihə ilə əlaqədar şəxslərin, komandaların siyahısını formalaşdırmaq və icazələrin alınmasını təmin etmək;
- Layihənin gedişatına və tələblərinə əsasən layihə və tədbirlər ilə bağlı əlavə lazımi işlərin görülməsi;
- Müştəri ilə onlayn və ya oflayn formatda görüşlərdə iştirak edərək müştəri gözləntilərini müəyyənləşdirmək;
- Fəaliyyətinə uyğun olaraq üst rəhbərinə aylıq hesabatlar təqdim etməli.
Namizədə dair tələblər:
- Ali təhsilli (Orta texniki təhsili də ola bilər);
- Reklam quraşdırılması, istehsalat kimi sahələr minimum 3 illik təcrübəyə sahib olmalı;
- Ofis proqramlarında (Xüsusilə, PowerPoint, excel) yaxşı səviyyədə işləmə bacarığı;
- Verilən tapşırıqlar əsasında araşdırmalar etməyi yaxşı bacarmalı;
- Ünsiyyətcil, operativ, təşəbbüskar, komanda ruhlu olması;
- Koordinasiya etmə, məsuliyyət və dəqiqlik kimi keyfiyyətlərə malik olmalı;
- İdarəetmə və zamanlama bacarıqları olmalı;
- Yarana biləcək olan problemlər barədə yerində qərarvermə və həll etmə bacarığı;
- Səlis Azərbaycan və rus dili biliyi (Müştərilərimizin xarici ölkə vətəndaşları olduğu üçün bu tələb önəmlidir);
- Ölkə daxilində ezam getmək kimi məqamları nəzərə almalıdır.
Əlavə məlumat:
- Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirmə;
- İş saatları işin yükünə və işin prinsipinə əsasən uyğunlaşdırılır;
- Maaş əmək bazarına uyğun, namizədin bilikləri əsasında razılaşdırılacaqdır.
Maraqlanan namizədlərin CV-lərini “Prodakşn koordinator” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.