Təsvir
- Proqram təminatının yerli qanunvericilik və biznes tələblərinə uyğunlaşdırılması və optimallaşdırılması;
- Müxtəlif biznes proseslərinin avtomatlaşdırılması (əməliyyatların uçotu, hesabatların hazırlanması, tutulmalar və s.);
- Yeni funksionallıqların hazırlanması və mövcud sistemlərin təkmilləşdirilməsi;
- Mövcud proqram təminatında dəyişikliklərin edilməsi və istifadəçi tələblərinə uyğunlaşdırılması;
- İstifadəçilərə texniki dəstək göstərilməsi və istifadəyə dair təlimatların hazırlanması;
- Məlumat bazalarının idarə olunması, ehtiyat nüsxələrin və versiyaların izlənməsi;
- Qanunvericilikdə və daxili qaydalarda baş verən dəyişikliklərin proqram təminatına inteqrasiyası.
Təhsil və təcrübə:
- Ali texniki təhsil (İT, kompüter elmləri, tətbiqi riyaziyyat və s.);
- Minimum 2 il proqram təminatı üzrə iş təcrübəsi;
- Müvafiq platformalar və tətbiqlərlə işləmə üzrə praktiki bacarıqlar.
Texniki biliklər və bacarıqlar:
- Proqramlaşdırma dillərində sərbəst işləmək bacarığı;
- Hesabatların və sənəd formalarının hazırlanması təcrübəsi;
- Sistemin lokallaşdırılması və qanunvericilik tələblərinə uyğunlaşdırılması üzrə biliklər;
- Sistem inteqrasiyası və məlumat mübadiləsi üzrə təcrübə;
- Analitik düşüncə və problemlərin operativ həlli bacarığı.
Üstünlüklər:
- Beynəlxalq və ya vendor üzrə rəsmi sertifikatların mövcudluğu;
- Xarici dil bilikləri (rus və ya ingilis);
- Mühasibatlıq, İR və əməkhaqqı uçotu sahəsində biliklər;
- Komandada işləmək və istifadəçilərlə effektiv ünsiyyət bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə 1-2 il
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.