Aqronom

  • Deadline 13 Yanvar 2025

İşin təsviri:

Aşağıda adları qeyd olunan regionlarda fəaliyyət göstərən müəssisələr üzrə "Aqronomaxtarırıq :

Ağdam, Ağcabədi, Bərdə, Biləsuvar, Beyləqan, Neftçala,Salyan,Saatlı,Sabirabad,İmişli,Tərtər,Goranboy,Zərdab,Şirvan.

  • Əkinə yararlı torpaqları seçmək;
  • Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və torpaqların münbitliyinin artırılması istiqamətində aqrotexniki tədbirlər hazırlamaq;
  • Toxum fondlarının yaradılması, yüksək keyfiyyətli cins toxum və əkin materiallarının yetişdirilməsi işlərini təşkil etmək;
  • Torpağı gübrə verilməsi üçün lazimi hazırlıqlar və tədbirlər görmək;
  • Əkinlərə qulluq üçün təqvim qrafiki hazırlamaq;
  • Bölgüyə əsasən ona həvalə edilmiş ərazi nümayəndələrinin işinə daima nəzarət etmək;
  • Fermerlərlə daima təmasda olaraq onlara bütün növ aqrotexniki tədbirlər barədə izah və məlumatlar vermək;
  • Ziyanvericilərlə mübarizədə çeviklik nümayiş etdirməli və tabeçiliyində olan şəxsi heyəti səfərbər etmək;
  • Üzvi və mineral gübrələr, herbisidlər və zərərli kiməvi maddələrdən düzgün istifadəni təmin etmək;
  • Bitkiçilik sahəsində cari və perspektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarıın yerinə yetirilməsinə nəzarət etmək.

Tələblər:

  • Aqrar sahə üzrə ali təhsil;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;

Texniki səriştələr:

  • Aqrotexniki tədbirlərin görülməsi;
  • İstehsal olunan məhsulun həcminin artırılması və keyfiyyətinin yüksəldilməsi;
  • Xəstəliklər və zərərvericilərlə qarşı mübarizənin aparılması üçün ilkin bilik və təcrübəyə malik olmaq;
  • Torpaq tiplərindən asılı olaraq xüsusi becərilmə texnologiyalarının tətbiqi sahəsində bilik və təcrübə;
  • Pambıqçılıq barədə praktiki və nəzəri biliklərə malik olmalıdır;
  • Torpaq sahələrinin əkin üçün seçilməsi, erroziyadan müdafiəsi, ekoloji mühitin qorunması, suvarma və irriqasiya şəbəkələrinin mühafizəsi barədə bütün təlimatları bilməlidir.
  • Daily0
  • Weekly287
  • Monthly1931